SON XƏBƏRLƏR
09 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
Facebook istifadəçilərinin telefon nömrələrinin ifşa olunduğunu təsdiqləyib
CƏMİYYƏT 13:16 / 07.09.2019
Facebook 200 milyona yaxın istifadəçisinin telefon nömrələrinin internetdəki məlumat bazasında ifşa olunduğunu təsdiqləyib.

Xezerxeber.az "BBC”yə istinadən xəbər verir ki, şirkət məlumat bazasını kimin yaratdığını və internetə "təhlükəsiz halda" buraxılmasının araşdırıldığını söyləyib.

Sözügedən məlumat bazasında facebook istifadəçilərinin istifadəçi adı və telefon nömrələri təhlükəsizliyi təmin edilməyən veb serverə yüklənilib və şifrə ilə qorunmayıb.

Məlumat bazasının facebook tərəfindən yaradılmadığı düşünülür.

"TechCrunch” saytı məsələ ilə bağlı veb hosting şirkətinə müraciət etdikdən sonra məlumat bazası internetdən yığışdırılıb.

Qeyd edək ki, facebook 2018-ci ildə istifadəçilərinə kimisə telefon nömrəsi ilə axtara bilmək funksiyasını yığışdırıb. Şirkət açıqlamışdı ki, müxtəlif "zərərli proqramlar" milyonlarla telefon nömrəsi daxil edərək nömrələrin kimə aid olduğunu tapmağa çalışırdı. Beləliklə də, telefon nömrələrini Facebook profillərinə əlavə etdikdən sonra gizlilik şərtlərini dəyişməyən istifadəçilərin telefon nömrələri ələ keçirilmə ehtimalı vardı.
"TechCrunch”ın ortaya çıxardığı məlumat bazasının da bu yollarla yarada bilinəcəyi düşünülür.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.