SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Sertifikat xidmətlərinin göstərilməsi qaydalarında dəyişiklik edilib
CƏMİYYƏT 14:04 / 07.09.2019

Nazirlər Kabinetinin təsdiqlədiyi "Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edilib.

Qaydanın indiyədək olan variantına əsasən, təqdim olunmuş sənədlər düzgün olduqda, müraciət etmiş şəxslə Mərkəz arasında yazılı müqavilə bağlanılırdı.

Yeni dəyişikliklərə əsasən, müqavilənin yazılı formada olması əsas şərt olmayacaq.

Bundan başqa, indiydək hazırlanmış sertifikat kağız daşıyıcıda və elektron formada imza sahibinə təqdim edilirdi. İndi isə sertifikat kağız daşıyıcıda və ya elektron formada imza sahibinə təqdim edilə bilər.

Sənədə edilən yeni əlavəyə əsasən, imza sahibi sertifikatın qüvvədə olma müddəti başa çatanadək, yeni sertifikatın alınması üçün Mərkəzə elektron müraciət edə bilər.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.