SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Erməni həbsxanalarında kütləvi qiyam
CƏMİYYƏT 17:30 / 06.09.2019

Ermənistan həbsxanalarında kütləvi qiyam baş verib.

"Sputnik Armenia"nın verdiyi xəbərə görə, bu barədə ölkənin Ədliyyə naziri Rüstəm Badasyan öz "Facebook" səhifəsində yazıb.

Nazirin sözlərinə görə, qiyam yatırılıb, hazırda vəziyyət nəzarət altındadır. O, qiyamın davam edəcəyi təqdirdə lazımi ölçülərin götürüləcəyini bildirib.

Bir müddət öncə erməni mətbuatı həbsxanalarda kriminal avtoritetlərə qarşı təzyiq göstərildiyi barədə yazmışdı.

Yayılan məlumata əsasən, kadr təmizləmələrindən əlavə, Ədliyyə Nazirliyi dustaqlara göndərilən əşyaları da ciddi nəzarət altına alıb. Yoxlamalar zamanı məhbuslarda telefon, internet-avadanlıq və hətta qadağan olunmuş maddələr aşkar edilib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.