SON XƏBƏRLƏR
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
Daha 104 şəhid ailəsinə birdəfəlik ödəmə veriləcək
DÜNYA 16:51 / 05.09.2019

Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, komissiyanın növbəti iclasında daha 104 şəhidin 162 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub. Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır.

Ümumilikdə 12 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək artıq 11 507 şəhidin 17 111 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul edilib.

Qeyd edək ki, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 94 faiz icra olunub.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.