SON XƏBƏRLƏR
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
Gürcüstanda milli valyutanın ucuzlaşması dövlət borcunun artmasına səbəb olub
DÜNYA 14:43 / 05.09.2019
Gürcüstan milli valyutası GEL-in (lari) dəyərini itirməsi nəticəsində ölkənin xarici borcu son bir ildə bir neçə milyard dollar artıb.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə İlia Dövlət Universitetinin biznes məktəbinin rəhbəri Giorgi Abaşişvili deyib.

İqtisadçı ekspertlərin larinin dəyərinin itirməsi ilə bağlı araşdırma apardığını vurğulayan Abaşişvili bildirib: "Araşdırma zamanı məlum olub ki, larinin ucuzlaşması bir sıra fundamental amillərlə bağlıdır. Milli valyutanın dəyərini itirməsi ölkənin iqtisadi cəhətdən inkişafına ciddi maneə törətməklə yanaşı, insanların da həyatına mənfi təsir göstərir”.

Onun sözlərinə görə, 2019-cu ilin iyun ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə valyutada olan dəyişikliklər səbəbindən Gürcüstanın xarici dövlət borcu bir neçə milyard dollar artıb.

Məlumat üçün qeyd edək ki, Gürcüstan milli valyutası ucuzlaşmaqda davam edir. Hazırda ölkədə ABŞ dolları 2,96,83 lariyə dəyişdirilir

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.