SON XƏBƏRLƏR
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
İngilis millət vəkilinin "sərilərək oturması" ciddi tənqid edilib - FOTO
DÜNYA 13:42 / 05.09.2019
İngiltərə parlamentində "razılaşdırılmamış Brexit"-in qarşısını alacaq qanunların qəbul edilməsi müzakirə edilərkən Mühafizəkarlar Partiyasının Brexit tərəftarı üzvü, İcmalar Palatasının lideri Jacob Rees-Moggun parlamentdə "sərilərək oturması" digər millət vəkillərinin etirazına səbəb olub.

Rees-Mogg parlamenti "ələ salmaqda və hörmətsizlikdə" ittiham olunub.

Əsas müxalifətdəki İşçi Partiyasının millət vəkili Anna Turley bu barədə "Təkəbbür, hüquq, hörmətsizlik və parlamentimizə qarşı hörmətsizliyin fiziki təcəssümü" deyə tvit atıb.

Parlamentdə müzakirələr aparıldığı vaxt Rees-Mogg-a müraciət edən Yaşıllar Partiyasının millət vəkili Karoline Lukas da bu davranışın "təhqiredici" olduğunu deyib:

"Bu gecə danışılanlar çox maraqsızdır kimi davranaraq İcmalar Palatasının lideri üç nəfərlik divana sərilərək uzanıb", - o söyləyib.

Rees-Moggun bu münasibəti Twitter-də də tənqidlərin hədəfi olub. Bəzi Twitter istifadəçiləri bu oturuşun "hörmətsiz" olduğunu söyləyərək, "Düz otur! Sən İcmalar Palatasının lideri kimi davranmalısan. Çimərlikdə qabaq cərgələrdəki şezlonqlarda oturmursan, bir az hörmət göstər" deyib.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.