SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Ermənistan ordusunda korrupsiya və özbaşınalıq sürətlə artır
CƏMİYYƏT 17:35 / 30.08.2019
Ermənistan silahlı qüvvələrinin daha bir generalı vəzifəsindən kənarlaşdırılıb. İşğalçı ölkənin qeyri-döyüş şəraitində ölən əsgərlərinin valideynləri hökumət binası qarşısında aksiya keçiriblər.

Xezerxeber.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın işğal olunmuş ərazilərimizdə yerləşdirilmiş 6-cı ordu korpusunun komandir müavini general-mayor Vçislav Valeryan vəzifəsindən kənarlaşdırılıb və ona cinayət işi açılıb. Onun adı daha çox maliyyə fırıldağında hallanır. İstintaq materiallarında qeyd olunub ki, korpus komandirinin müavini əsgərlərə verilən ərzaq məhsullarının mənimsənilməsində iştirak edib. Bundan başqa, Ermənistan ordusunda komandir özbaşınalığının, rüşvətxorluğun geniş yayıldığı bildirilir.

Qeyri-döyüş şəraitində ölən əsgərlərin valideynləri etiraz aksiyasında bildiriblər ki, Ermənistan ordusundakı korrupsiya və özbaşınalıq yüksək templə artır. Orduda problemlər dözülməz həddə çatıb. Bu problemlərdən də daha çox cəmiyyətin yoxsul təbəqəsi əziyyət çəkir. Təmas xəttində yoxsul insanların övladları ölür. Əsgərlər komandirlərin və özlərindən rütbəcə yüksək olanların pis davranışları ilə üz-üzə qalırlar. Bütün bunlar sosial müzakirələrin aparılmasını qeyri-mümkün edir.

Hüquq müdafiəçisi Janna Aleksanyan qeyd edib ki, bu yaxınlarda Ermənistan ordusundakı ağır vəziyyətə dözə bilməyən əsgər Arayik Kazaryan ağ bayraq qaldıraraq Dağlıq Qarabağ istiqamətindən Azərbaycan ordusuna təslim olub. O deyib ki, əsgər Kazaryan bir neçə dəfə evə zəng vuraraq hərbi hissədə komandirləri tərəfindən işgəncələrə məruz qaldığını və alçaldıldığını deyib. Bildirilib ki, qeyri-döyüş şəraitində itkilərin artması hərbi hissələrdəki xaosdan xəbər verir. Bunun nəticəsində əsgəri xidmətdən yayınma halları artıb. Cəmiyyətin orduya inamı yoxdur.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.