SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
İki milyondan çox körpənin həyatını xilas edən "qızıl qanlı" adam
CƏMİYYƏT 14:13 / 30.08.2019

82 yaşlıavstraliyalıCeyms Harrisonqan plazması donorudur. Harrisona "Qızıl qanı olan adam"və ya "Əlləri qızıldan olan adam" da deyirlər. Onun unikal qanı əsasında Rho immunoqlobulin vaksini yaradılıb.

O, 14 yaşındadöş qəfəsində ciddi əməliyyat keçirib və təcili olaraq 13 litrə yaxın donor qanına ehtiyacı olub. Donor qanının onun həyatını xilas etdiyini anladığı üçün Ceyms18 yaşı tamam olan kimi öz qanını başqalarına verəcəyinə söz verib.

Harrison 1954-cü ildə qan verməyə başlayıb. Məlum olub ki, onun qanında D antigen rezus faktoruna (Rho (D) qarşı qeyri-adigüclü və dayanıqlı anticisimlər var. Harrisonun qanı o qədər unikaldır ki, həyatı bir milyon dollara sığortalanıb.

Onun qanının plazması əsasında zərdab yaradılıb. Bu maddəmüsbət rezuslu uşağa hamilə qalan mənfi rezuslu qadının bədəninə yeridiləndə, embrionun qanında anticisimlərin inkişafının qarşısı alınır vənəticədə, yeni doğulan körpədə hemolitik sarılıq olmur.

Harrison 57 il boyunca orta hesabla hər üç həftədən bir öz plazmasını verib. 2011-ci ilin mayında o, qanını 1000-ci dəfəverərək dünya rekordunu yeniləyib. 2015-ci ilə qədər Avstraliyada bütün antirezus preparatları Harrisonun plazmasından hazırlanıb. Sonuncu dəfə Harrison öz qanını 2018-ci ilin mayında bağışlayıb.

Bu vaxt ərzində onun plazması iki milyondan çox körpəninhəyatını xilas etməyə kömək edib. Onların arasında Harrisonun doğma nəvəsi (şəkildə qucağında tutduğu uşaq) də var./oxu.az


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.