SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Bakıda əməliyyat – Külli miqdarda narkotik tərkibli həblər aşkarlandı
CƏMİYYƏT 21:15 / 29.08.2019

Bakıda narkotik vasitələrə qarşı əməliyyatlar davam edir.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən gün bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində xeyli sayda güclü təsiredici psixotrop tərkibli həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini C.İsayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq metamfetamin, 763 ədəd metilendioksimetamfetamin və 1004 ədəd ekstazi həbi aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.