SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
SON DƏQİQƏ: Azərbaycanda güclü yanğın başladı, havaya 2 helikopter və təyyarə qaldırıldı
CƏMİYYƏT 18:13 / 29.08.2019

Avqustun 29-da Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Ağsu rayonu, Kalağayı kəndində mürəkkəb relyefli dağlıq ərazidə quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Fövqəladə Hallar NazirliyindənPublika.az-a verilən məlumata görə, yanğının qarşısının alnması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülkü müdafiə qoşunlarının canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin 2 helekopteri və 1 "BE 200 ÇS” tipli amfibiya təyyarəsi cəlb olunub.

***

15:28

Ağsu rayonunda dağlıq ərazidə yanğın başlayıb.

Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, hadisə rayonun Xanbulaq kəndi ərazisində baş verib.

Ərazi dağlıq sahə olduğundan yanğının qarşısını qısa müddətdə almaq mümkün olmayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin helikopteri, canlı qüvvə və texnikaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.