SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
Arif Alışanovun qardaşının yerinə təyinat
CƏMİYYƏT 14:18 / 29.08.2019

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Sumqayıt şəhər Mühafizə İdarəsinə yeni rəis təyin edilib. 

Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis polkovniki Sahib Vəliyev bu vəzifəyə təyinat alıb. 

Xatırladaq ki, bir neçə gün əvvəl idarənin rəisi Akif Alışanov vəzifəsindən azad edilərək Baş Mühafizə İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi təyin edilib.

Qeyd edək ki, Akif Alışanov "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sabiq rəhbəri Arif Alışanovun qardaşıdır


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.