SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Səhiyyə Nazirliyi Lənkərandakı qəzayla bağlı məlumat verdi - YENİLƏNİB
CƏMİYYƏT 11:48 / 29.08.2019

Səhiyyə Nazirliyi Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
NazirlikdənOxu.Az-a verilən məlumata görə, baş verən qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib:
"24 nəfər müxtəlif xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 23-ü travmatologiya şöbəsinə, bir nəfər qadın isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib".

21:47

Lənkərandakı qəza ilə bağllı detallar bəlli olub.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, qəzada ölən şəxsin və yaralıların adları bəlli olub.

Qəza nəticəsində sürücü Ələmdar Şahvəli oğlu Ağayev (1957) həlak olub.

22 nəfər -Sevda Yusubova Şirəli qızı (1981),Aycan Yusubova Məhərrəm qızı (2006),Rahim İbrahimov Şamməd oğlu (2008),Şölə İbrahimova Filağa qızı (1972), Milana Cəfərli Qılman qızı,(1997),Pərvanə Seyfullayeva Vahab qızı (1977),Şəfəq Zamanova Cəsail qızı (1990),Aytəkin Qasımova İsaq qızı (1964),Rəisə Sadıqova Canəli qızı (1957),Kifayət Muradova Xeyrulla qızı (1983),Südabə Muradova Muxtar qızı (1972),Məryəm Ağayeva Məzahir qızı (1974), Adilə Rəhimova Məmmədağa qızı (1966), Mirələm Quliyev Baloğlan oğlu (1957),Göyçək Əliyeva Mehrəli qızı (1984),Yusif Novruzov Zamin oğlu (2013),Hafiz Ağayev Allahverdi oğlu (1982),Səbinə Hüseynova Rizvan qızı (2001), Rəfiqə Ağayeva Miri qızı (1949), Sevinc Ağayeva Vəliağa qızı (1978),Sevgiyyə Ağayeva Əzim qızı (2001),Ülviyyə Ağayeva Əzim qızı (2004) yaralanıblar.


20:54

Lənkəranda sərnişin daşıyan avtobus aşıb, bir nəfər ölüb, 10-dan çox adam yaralanıb.

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, dəhşətli qəza hadisəsi rayonun Bəliton kəndində qeydə alınıb.

İlkin məlumata görə, avtobusun sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi aşıb. Sürücü hadisə yerində həyatını itirib. Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.