SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Seymur Həzi azadlığa buraxıldı
CƏMİYYƏT 09:14 / 29.08.2019
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, "Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzi azad edilib.

Axar.az xəbər verir ki, o, həbs müddətinin başa çatması ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, S.Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.