SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Putin Ərdoğana dondurma aldı - VİDEO
CƏMİYYƏT 20:03 / 28.08.2019

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Voloqda şəhərində baş tutan MAKS Aviasiya və Kosmik sərgisində satılan xüsusi dondurmaya qonaq edib.

Dondurmanın alışı zamanı liderlər arasında maraqlı dialoq yaşanıb.

Bir neçə dondurma üçün 210 rubl ödəməli olan Kreml rəhbəri satıcıya 5 min rubl uzadıb.

Bu zaman Ərdoğan həmkarına "Mənim əvəzimə də ödəyəcəksinizmi?” sualını ünvanlayıb.

Putin isə öz növbəsində "Bəli, siz qonaqsınız” cavabını verib və zarafatyana şəkildə aviasiya sahəsinin inkişafı üçün pulun qalığının Sənaye və Ticarət naziri Denis Manturova verilməsini istəyib.

Nazir isə öz növbəsində "Səxavətinizə görə təşəkkür edirəm", deyib.

R.T.Ərdoğan elə oradaca dondurmanı açıb və dərhal dadına baxıb.

V.Putin isə şokoladlı dondurmadan daddıqdan sonra ətrafdakı hər kəsi qonaq etmək qərarına gəlib: "Bizə bir neçə dənə də dondurma verin. Hamını qonaq edəcəyik".

Qeyd edək ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Rusiyada səfərdədir./axar.az



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.