SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Hökumətin benzinlə bağlı qərarının məqsədi nədir? - ŞƏRH
CƏMİYYƏT 16:15 / 28.08.2019

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzini növləri üçün gömrük rüsumunun aradan qaldırılmasını şərh edib.

İ.Şaban Oxu.Az-a deyib ki, bu cür qərarlar əvvəllər də verilib.

Onun sözlərinə görə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu cari təmirə dayanır.

"Zavodun ehtiyatları Azərbaycanın aşağı oktanlı neft məhsullarına olan tələbatını ödəmir. Ona görə də idxala ehtiyac yaranır", - deyə İ.Şaban əlavə edib.

O qeyd edib ki, buna görə də hökumət qiymətin dəyişməməsi üçün idxal vergilərini aşağı salır:

"Məqsəd budur ki, daxili bazarda qiymət sabit qalsın".

Xatırladaq ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin, 95-dən az oktan ədədi ilə avtomobil benzini növləri üçün gömrük rüsumu 15-dən 0 faizə endirilib.

Bu qərar 2019-cu il sentyabrın 1-dən tətbiq olunur və 90 gün müddətində qüvvədədir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.