SON XƏBƏRLƏR
16 Dekabr 2018
15 Dekabr 2018
14 Dekabr 2018
Röya yeni həvəsə düşdü – MÜSAHİBƏ
MÜSAHİBƏ 10:35 / 03.06.2018

Əməkdar artist Röya Ayxan yenə türk mediasının gündəmində olub. Sənətkar bu dəfə Türkiyənin "Habertürk” qəzetinə müsahibə verib.

Röya Türkiyədəki karyerasından və sənətkar Yildız Tilbenin "Yıldızlı Şarkılar” albomundakı layihəsindən danışıb. O, ilk növbədə Tilbenin mahnılarından ibarət albomuna necə daxil olmağından söhbət açıb:

"Yıldız Tilbeylə əvvəlcədən tanış olmağı çox istəyirdim. Onun mahnılarını illərdir ki, arzulayıram. Mənim üçün bəstə yazmağını çox istəmişəm. Sağ olsun, Polad Yağcı məni öz sənətçilərindən ayırmadı. Yıldız Tilbenin "Yıldızlı şarkılar” adlı albomunda mənim də olmağımı istədi. Bu zaman çox xoşbəxt oldum. Yıldız Tilbenin mahnılarını ifa etməyi qarşıma məqsəd qoymuşdum. Və buna nail oldum. Layihəyə dəvət aldıqda içimdə həm qorxu, həm də həyəcan vardı. Mahnıları uğurla ifa etmək barədə gecə-gündüz düşünürdüm. Ama aldığım reaksiyalardan ifalarımın uğurlu alındığını anladım. Bu məni çox xoşbəxt etdi. Türkiyənin böyük layihələrindən birində yer almaq mənim üçün böyük zövq və sevincdir”.

İfaçı Yıldız Tilbeye bənzədildiyini deyib:

"Azərbaycanda mənə "Yıldız Tilbe kimi qadınsan” deyirlər. Çünki mahnıları onun kimi ifa edirəm”.

R.Ayxan Türkiyədəki işlərindən və perspektivindən də danışıb:

"Öz ölkəmi Türkiyədə təmsil etmək çoxdankı istəyim idi. Öz uğurlarımı başqa yerlərə çıxarmaq, özümü orada da sübüt etmək daim hədəfim olub. Uğurun başlanğıcı məhz buradan başlayır. Adım Türkiyənin öndə gedən ifaçıların adları sırasına yazılsa çox sevinərəm. Türkiyə böyük sənətkarların olduğu bir ölkədir. Burada da zirvəyə qalxacağıma əminəm”.

Sonda isə əməkdar artist ən böyük arzusunu dilə gətirib:

"40-50 yaşlarıma gəldikdə böyük bir studiyaya sahib olmaq, prodüser kimi gənclərə yol göstərəək onlara dəstək olmaq və böyük layihələrə imza atmaq istəyirəm”.


Regioninfo.az

606 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.