SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Əli Kərimlinin iddiaları və özünü təkzibi – ÜÇ BÖYÜK ETİRAF
CƏMİYYƏT 19:50 / 27.08.2019
Bütün "siyasi fəaliyyəti” sosial şəbəkələrdə blogerlik etmək və həftədə bir neçə dəfə Sevinc Osmanqızının "Youtube" kanalına çıxıb müxtəlif iddialar səsləndirmək olan AXCP sədri Əli Kərimli dünən yenə klaviatura arxasından hücuma keçmişdi. Müxtəlif mövzular üzrə illərdir dilindən düşməyən eyni sözləri təkrarlayan Kərimlinin çıxışında ən maraqlı məqam öz dediklərini elə özünün təkzib etməsi idi.

Əvvəlcə bildirdi ki, minlərlə yeni üzv AXCP sıralarına qatılıb, sonra da əlavə etdi ki, "xalq bizə qulaq asmır”.

"Son 10 ildə ən böyük mitinqimiz 19 yanvarda oldu”, - Kərimli etiraf edir. 19 yanvar mitinqində rəsmi məlumata görə, 3 min insan iştirak etmişdi. Cəbhəçilər rəsmi məlumatla razılaşmır, iddia edirlər ki, çox olub. Onların iddia etdiyini nəzərə alsaq, qoy, bu 5 min olsun. Son 10 ildə ən böyük mitinqində cəmi 3-5 min adam toplaya bilən insan hansı siyasi gücdən danışır, yaxud, bütün xalqın adından çıxış edir?!

Ardınca 2016-cı ildə konstitusiya dəyişikliklərindən danışır, vitse-prezidentlik institutunun yaranmasını təhrif olunmuş formada təqdim edir və iddia edir ki, "xalq bu hakimiyyəti qəbul etmir”. Bu sözü bitməmiş etiraf edir ki, "2016-cı il referendumunun əleyhinə biz etiraz aksiyaları keçirdik, lakin xalqdan lazımi dəstək ala bilmədik, yüz minlər meydanlara axışmadı”.

Kərimliyə dəstək verməyən xalq referendumda dəyişikliklərə "Bəli” dedi. AXCP sədrinin özü də çıxışında bunu etiraf edir. Öz iddialarının daha bir təkzibi olaraq, qeyd edir ki, AXCP-yə minlərlə yeni üzv qəbul olunub.

- Son 10 ildə ən böyük mitinqində cəmi 3 min adam iştirak edib, amma Kərimlinin partiyasının sıralarına minlərlə yeni üzv qəbul olunur.

- "Xalq bu hakimiyyəti dəstəkləmir”, lakin konstitusiya dəyişikliklərinə "Bəli” dedi.

- 2016-cı ildə xalq Əli Kərimlinin etirazlarına dəstək vermədi.


Əli Kərimlinin dilindən səslənən və özü-özünü təkzib edən bu üç amil Azərbaycanda xalqının mövcud iqtidara dəstəyinin etirafıdır. Hərçənd, bunu etiraf edən AXCP sədri absurd iddialarından əl çəkmək istəmir.

İddia edir ki, "hakimiyyəti yalnız trollar dəstəkləyir”. Sual yaranır, öncə xalqın onlara dəstək vermədiyini – bu, hakimiyyətə dəstək verməsi deməkdir – deyən Kərimli Azərbaycan xalqına "trol” deyil?! Xalqdan dəstək almaması və nəticədə qıcıqlanması fonunda bu, o qədər də təəccüblü deyil. Halbuki, Azərbaycana "trol siyasətinin” Əli Kərimli tərəfindən gətirildiyi məlumdur.

Özünü çıxılmaz vəziyyətə salan Əli Kərimli daha sonra iddia edir ki, "ölkədə hakimiyyətin ötürülməsi prosesi gedir”. Yəni hakimiyyət Prezidentdən Birinci Vitse-prezidentə keçir. Xalqın dəstəyi ilə Konstitusiyada edilən son dəyişikliklərdə bu açıq şəkildə əksini tapıb: prezident ölkədə olmadıqda, yaxud hər hansı fors-major situasiyalarda dövlətin təhlükəsizliyi üçün Prezidenti Birinci Vitse-prezident əvəz edir. Əli Kərimli ya Konstitusiyasını bilmir, ya da cəmiyyəti çaşdırmaq üçün məsələləri təhrif olunmuş şəkildə çatdırır. Onun təhrif olunmuş formada təqdim etdiyi digər məsələ də Gəncə hadisələri ilə bağlıdır.

Azərbaycan dövlətinin suverenliyinə qarşı xarici təhdidlərin nəticəsi olan Gəncə hadisələri zamanı və sonra AXCP sədri dövlətin qarşısında yer aldı. Burada əsas məqam onun "Azərbaycan Suriyaya çevrilsə də olar, əsas odur mən hakimiyyətə gəlim” arzusu və Azərbaycanı Suriyaya çevirmək istəyən xarici dairələrlə yaxından bağlılığıdır.

Belə bir adam sonda şəhid pilotumuz Rəşad Atakişiyevin ailəsinin dəfndə onun iştirakına icazə verməməsindən şikayətlənir. Şəhidin kədərini yaşayan ailəsi sənin kimi düşünən birisinə niyə qapı açmalı idi?!
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.