SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
Pilotun ürəyi getdi, təyyarəni sərnişin yerə endirdi – İnanılmaz
CƏMİYYƏT 17:38 / 27.08.2019

Mançester şəhərindən Portuqaliyanın Madeira adasına uçan təyyarənin pilotunun ürəyi getdiyi səbəbindən təyyarəni yerə sərnişinlərdən biri endirib.

Təyyarə Porto şəhərinə təcili eniş edib.

Məlumata görə, kapitan pilotun səhhəti təyyarə havada olarkən qəfil pisləşib, onun ürəyi gedib. Kapitan pilota oksigen maskası ilə süni hava verildiyi zaman təyyarədə olan sərnişin pilot hava gəmisini təcili Portoya endirməyi bacarıb.

Yerli mediaya danışan sərnişinlərdən Andrea Roze deyib ki, təyyarəni Porto şəhərinə endirən şəxsin tətilə gedən pilot olduğunu öyrəniblər.

Təyyarə Porto hava limanına enən kimi kapitan pilot dərhal xəstəxanaya çatdırılıb./Teleqraf.com


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.