SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə şəhid ailəsinə ev verilib - VİDEO
CƏMİYYƏT 09:18 / 27.08.2019
Şəki rayonunun Çələbixan qəsəbəsində Laçın rayonundan olan məcburi köçkün və şəhid ailəsinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə 3 otaqlı mənzilin açarları təqdim olunub.


Xezerxeber.az-ın məlumatına görə, bu gün Laçın rayonundan olan və hazırda Şəkinin Çələbixan qəsəbəsində məskunlaşan şəhid ailəsində ən sevincli günlərdən biridir. Uzun illər şəraitsiz vəziyyətdə yaşayan Verdiyevlər ailəsi yeni mənzillə  təmin olunub.


Beş övlad böyüdən ailə başçısı, şəhid Cahid Verdiyevin atası Şirvan kişinin sözlərinə görə, oğul və qızlarını ailə sahibi edib. Lakin özü, həyat yoldaşı və bir qızı mənzilsizlikdən əziyyət çəkirdi. Verdiyevlər ailəsinin bu intizarına nəhayət ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva son qoyub. Ailə 3 otaqlı mənzillə təmin olunub.


Yeni mənzillə təmin olunan Verdiyevlər ailəsinin sevincinə şərik olanlar arasında şəhid Cahid Verdiyevin keçmiş döyüş yoldaşları və komandiri də vardı.


Ailə üzvləri ilə görüşdə o da diqqətə çatdırılıb ki, indiyə kimi ölkə rəhbərliyinin səyi nəticəsində qaçqın və məcburi köçkün ailələri üçün 104 qəsəbə salınaraq 300 min ailə mənzillə təmin olunub. Bu il isə 6 min köçkün ailəsinin mənzillə təmin olunması nəzərdə tutulur. Hazırda Şəkidə Laçın, Ağdam və Şuşadan məcbiri köçkün düşən 423 ailə yeni mənzillərdə yaşayır.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:







Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.