SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Nazirlik şadlıq evlərini yoxladı - Məcburi göstəriş verildi
CƏMİYYƏT 16:08 / 26.08.2019

İctimai-iaşə obyektlərində növbəti monitorinqlər keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, havaya atılan tullantıların azaldılması və normalara cavab verməsi istiqamətində nazirlik tərəfindən ictimai-iaşə obyektlərində keçirilmiş monitorinqlərin və təmizləyici qurğuların quraşdırılması məqsədilə görülmüş kompleks tədbirlərin nəticəsi olaraq deyə bilərik ki, artıq restoran və şadlıq saraylarının 95 faizində qurğular quraşdırılıb. Lakin bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yenidən yayılması müşahidə olunduğundan ictimai-iaşə obyektlərində növbəti monitorinqlər keçirilib. Monitorinqlər zamanı bir sıra şadlıq sarayları və restoranlarda təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq onlara vaxtaşırı xidmət göstərilmədiyindən havaya yenə də normadan artıq tullantı atıldığı məlum olub. Qurğulara vaxtında texniki xidmətin göstərilməsi, filtrlərin vaxtaşırı dəyişdirilməsi üçün obyekt sahiblərinə xəbərdarlıqlar edilib, icrası məcburi olan "məcburi göstəriş”lər verilib. Monitorinqlər davam etdirilir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.