SON XƏBƏRLƏR
16 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
“İşsizin DOST”u proqramının icrası tam şəffaf aparılır
CƏMİYYƏT 14:43 / 23.08.2019

"İşsizin DOSTu” proqramı əsasında işə cəlb olunanlar məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlar arasından müəyyən edilir. Məşğulluq mərkəzlərinin müvafiq göndərişi əsasında həmin şəxslərlə "DOST İş Mərkəzi”ndə əmək müqaviləsi bağlanılır və elektron informasiya sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. Bundan sonra hər bir işçi üçün sifariş olunmuş əməkhaqqı kartı bank tərəfindən yalnız vətəndaşın özünə şəxsiyyət vəsiqəsini təqdim etməsi şərti ilə verilir, kartı götürərkən vətəndaş bunu imzası ilə təsdiq edir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov "İşsizin DOST”u proqramı əsasında işə cəlb olunma mexanizmi barədə AZƏRTAC-a məlumat verərək deyib. "İşə qəbul edilmiş şəxslərin siyahısı müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinin yerli qurumlarına (Mənzil Kommunal Təsərrüfatı birlikləri, yaşıllaşdırma, tikinti-təmir idarələri və s.) təqdim edilir və bu qurumlar onları ictimai işlərə cəlb edirlər. Bundan sonra həmin işçi qüvvəsinin işə davamiyyətinə, tapşırılan işləri yerinə yetirməsinə nəzarəti məhz həmin qurumlar icraçı qismində həyata keçirir. Yəni, "DOST İş Mərkəzi” ilə həmin qurumlar arasında bağlanan Sazişə əsasən işçi qüvvəsi "DOST İş Mərkəzi”nin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, onların nizam-intizamına və gündəlik fəaliyyətinə yerli icraçı qurumlar birbaşa cavabdehlik daşıyır.

Bütün işçilər icraçının tapşırığı ilə və onun birbaşa nəzarəti altında fəaliyyət göstərir. Hər ayın sonunda icraçı tərəfindən təqdim olunmuş davamiyyət cədvəllərinə (tabellərə) əsasən mərkəz tərəfindən içtimai işçilərin əməkhaqları birbaşa onların kartlarına köçürülür. Davamiyyət cədvəlləri olmadan əməkhaqqı köçürülmür.

Əgər hansısa işçi üzrsüz səbəbdən işə çıxmırsa, məhz icraçının müraciəti ilə onunla bağlanılmış əmək müqaviləsi ləğv edilir.

"DOST İş Mərkəzi” tərəfindən də daxili icraat qaydasında mütəmadi nəzarət olunur, monitorinqlər keçirilir, çatışmazlıqlar olduqda icraçı təşkilatların diqqətinə çatdırılır”, - deyə nazirliyin sözçüsü bildirib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.