SON XƏBƏRLƏR
20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
DİM müraciət etdi: Bu gün SON GÜNDÜR
CƏMİYYƏT 11:44 / 23.08.2019

Dövlət İmtahan Mərkəzi (DİM) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərə müraciət edib.

DİM-dən Publika.az-a verilən məlumatda bildirilib ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

Birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 27-dək davam edəcək.

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar isə avqustun 23-dən sentyabrın 2-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Tam (11 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar isə avqustun 29-dək qeydiyyatda alınmalıdırlar.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.