SON XƏBƏRLƏR
20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
Bakıda bazardakı yanğın söndürüldü - RƏSMİ AÇIQLAMA - FOTO/VİDEO (YENİLƏNDİ)
CƏMİYYƏT 09:01 / 23.08.2019

Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən söndürülüb.

FHN-dən Publika.az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə, ümumilikdə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 34 ədəd texnika və 141 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 6 ədəd texnika və 60 nəfərdən ibarət canlı qüvvə cəlb olunub.

İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, üç nəfərə isə yerində yardım göstərilib.

İlkin hesablamalara görə, təxminən, 7200 kv. m. taxta məmulatları yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub.

***

19:50

Avqustun 22-də Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğın tam söndürülüb. Yanğın üç saatdan çox davam edib. Yanğının sahəsi təxminən 1500 kvardratmetrdən çoxdur.

Publika.az xəbər verir ki, bunu Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

E.Mirzəyev bildirib ki, yanğının səbəbləri barədə araşdırmalardan sonra məlumat veriləcək. Yanğının yayılma təhlükəsi yoxdur. Texnikanın sayı da artırılıb. Hadisə yerinə 32 texnika və 250-dən artıq canlı qüvvə cəlb olunub. Bazardakı yanğın zamanı ciddi xəsarət alan olmayıb. Yanğın barədə məlumat daxil olan kimi dərhal yanğın bölmələri hadisə yerinə cəlb edilib. Buraya yaxın ərazidə yanğından mühafizə bölmələrimiz var. Ona görə əməkdaşlar hadisə yerinə vaxtında çatıblar. Alov tam söndürülüb və yayılma təhlükəsi yoxdur.

Nazir müavini bildirib ki, hazırda rayonlarımızda da yanğınlar davam edir. Bunlar Lənkəran, Lerik, Yardımlı, İsmayıllı, Ağsu, Şamaxı və digər rayonlarda meşə və meşəətrafındakı yanğınlardır. Demək olar ki, son günlər yanğınların sayı kəskin artıb.

***

18:52

"Baksol" yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğın söndürülüb.

Publika.az bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev məlumat verib.

***

Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.

Publika.az-a Nazirlikdən verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.

İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Əlavə məlumat veriləcək.

***

Səhiyyə Nazirliyindən Publika.az-a daxil olan məlumata görə, hadisə zamanı Fövqəladə Hallar nazirliyinin 3 əməkdaşına yerində yardım göstərilib.

İki FHN əməkdaşı və əlavə bir nəfər isə xəstəxanaya yerləşdirilib.

***

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hadisə yerinə gəlib.

"Report"un xəbərinə görə, hələ yanğının qarşısını almaq mümkün olmayıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib: "Hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib".

***

Səhiyyə Nazirliyindən Publika.az-a daxil olan məlumata görə, hadisə yerinə 10 təcili yardımbriqadası göndərilib.

Təcili yardıma hələ ki, 2 nəfər FHN-nin yanğınsöndürəni müraciət edib.

Xəsarət alanlar barədə məlumat yoxdur.

***

"Baksol” yolu adlanan ərazidəki taxta bazarında baş verən yanğınla əlaqədar qeyd edilən istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb.

Publika.az-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, nəqliyyat vasitələrinin Ziya Bünyadov prospektindən Dərnəgül 1 yoluna (Baksol yolu) girişi bağlanıb.

Yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda bu yoldan istifadə etməmələrini xahiş edirik.

***

Bakıda yanğın başlayıb.

Yanğın Nərmanov rayonunda, Dərnəgül ərazisində yerləşən taxta bazarında baş verib.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə biriqadası cəlb olunub. (oxu.az)



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.