SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Berdiməhəmmədov azərbaycanlı müğənnilərə hədiyyələr verdi - FOTO
CƏMİYYƏT 13:38 / 22.08.2019

Avqustun 12-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Birinci Xəzər İqtisadi Forumunda Azərbaycandan olan sənətçilər də iştirak edib.

Publika.azxəbər verir ki, Əməkdar artist Rəşad İlyasov və müğənni Samirə Əfəndi Avazada təşkil olunan gecədə çıxış ediblər.

Gənc ifaçı Əfəndinin çıxışı isə türkmənlər tərəfindən xüsusi maraqla qarşılanıb. O, əvvəlcə Əməkdar artist Tünzalə Ağayevanın ona hədiyyə etdiyi "Kəpənəklər” mahnısını səsləndirib, daha sonra "Vətənpərvər ballada”nı ifa edib.

Tədbirdə Rusiyanın pop ulduzları Sergey Lazerev, Nyuşa, İran və Qazaxıstandan dəvət olunmuş ifaçılar da səhnəyə çıxıb. Konsertdən sonra Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən sənətçilərə ölkənin milli sərvəti hesab olunan hədiyyələr verilib.

Hədiyyələri sənətçilərə ölkənin Mədəniyyət naziri Şamuradov Atageldi təqdim edib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.