SON XƏBƏRLƏR
20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
İrandan Azərbaycana "şokoladlı narkotik" keçirmək istəyənlər saxlanıldı
CƏMİYYƏT 13:13 / 21.08.2019

İrandan piyada yolla gələn Azərbaycanın üç vətəndaşı Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda saxlanılıb və sorğu-sual edilərək onlara məxsus əl yükləri yoxlanılıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı həmin şəxslərdən birinin təqdim etdiyi yük çantasındakı dörd ədəd şokolad qutusunda yad predmetin olduğu müəyyən edilib və qutulara gömrük baxışı keçirilib.

Qutulardan "Nani", "Eterno" markalı şokoladlarla yanaşı, həmin məhsulların qablaşdırmasına yerləşdirilərək gömrük nəzarətindən gizlədilən, içərisində narkotik və psixotrop maddə olan 24 ədəd uzunsov büküm aşkarlanıb.

Aşkar edilən bükümlərdən 17-də ümumi çəkisi 196 qram təşkil edən ağ rəngli, kristal şəkilli psixotrop maddə - metamfetamin, 6-da ümumi çəkisi 191 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 1-də isə təqribi çəkisi 1 qram təşkil edən qara rəngli narkotik vasitə - tiryək, həmçinin 10 ədəd üzərində "FM 40" yazısı olan açıq qəhvəyi rəngli həb - metadon olduğu məlum olub.

Qeyd edək ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələri"nin II Siyahısına daxildir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.