SON XƏBƏRLƏR
20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
DİQQƏT: Bu yerlərdə saxta məktəbli formaları satılır
CƏMİYYƏT 15:44 / 19.08.2019

Sağlamlıq üçün təhlükəli olan saxta məktəbli formaları 8-ci Kilometr bazarında, "Xalqlar Dostluğu" yarmarkasında, "Sədərək" və "Binə" ticarət mərkəzlərində satılır.

Bu barədə Oxu.Az-a "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin direktoru Etibar Əzimov məlumat verib.

Onun sözlərinə görə, saxta məktəbli formaları 35 manata satılır:

"Hələ ki işbazlar saxta məktəbli formalarını ürəklə satışa çıxara bilmirlər. Amma ehtiyac yarandığı zaman bütün saxta formaları üzə çıxaracaqlar".

E.Əzizov qeyd edib ki, həmin saxta formalar Bakı Tikiş Evindən götürülən iki nümunə əsasında hazırlanır:

"Həmin formalar müxtəlif zirzəmilərdə tikilib işbazlara satılır. Sonra da bizim tikiş evinin adı, loqosu, hətta düyməsi belə formalara vurulub bazara çıxarılır. İşbazların satdığı formaların qiyməti 35 manatdır, bizim istehsal etdiyimiz formalar isə 40 manata satılır. Valideynlər saxta formanı ucuz olduğu üçün alırlar. Amma sonradan formanın rənginin bozardığı, tiftikləndiyi və görünüşünün pis hala düşdüyü məlum olur".

Şöbə direktoru əlavə edib ki, saxta məktəbli formaları müxtəlif fəsadlara səbəb olur:

"Çox vaxt saxta formalar nəticəsində uşaqlarda səpki və allergiya halları müşahidə olunur. Uşaqlar xəstəliyə tutulandan sonra isə valideynlər Bakı Tikiş Evinin formalarını alırlar.

Eyni zamanda, işbazlar valideynlərə bizim guya keyfiyyətli forma tikmədiyimizi deyir. Bununla da bizə iqtisadi ziyan vururlar. Valideynlər formanın üzərində "Bakı Tikiş Evi"nin adının yazıldığını görüb onun bizə məxsus olduğunu düşünür, saxta olduğunu bilmirlər. Valideynlərdən xahiş edirik ki, diqqətli olsunlar, saxta formalar almasınlar".

E.Əzimov vurğulayıb ki, hələlik saxta məktəbli formaları 8-ci Kilometr bazarında, "Xalqlar Dostluğu" yarmarkasında, "Sədərək" və "Binə" ticarət mərkəzlərində satışa çıxarılıb:

"Amma dərs mövsümünə az qalmış, tələbatın çoxluğundan asılı olaraq satış yerlərinin sayı arta bilər".


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.