SON XƏBƏRLƏR
19 Sentyabr 2019
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
Amerikalı turist qadının döyüldüyü kurortu bağlayıblar - FOTO
DÜNYA 12:17 / 16.08.2019
Dominikan Respublikasında amerikalı turist qadının fiziki zorakılığa məruz qaldığı kurortu müvəqqəti olaraq bağlayıblar.

AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, Delaver ştatının 51 yaşlı sakini Temmi Lourens-Deyli naməlum şəxs tərəfindən döyülüb və ona ağır bədən xəsarətləri yetirilib. O, öz fotoşəkillərini sosial şəbəkələrdə yerləşdirib. ABŞ-a qayıdan turist qadın bildirib ki, onu döyən şəxs otelin əməkdaşı olub.

Bu hadisədən sonra məlum olub ki, Dominikan Respublikasının kurortlarında 10-dan çox amerikalı turist həyatını itirib və bu səbəbdən Şimali Amerikadan bu ölkəyə turist axını xeyli azalıb.

Amerikalı turistin döyüldüyü Punta-Kane şəhərindəki Majestik Resorts kurortunun administrasiyası bəyan edib ki, KİV-lərdə ABŞ-dan gələn turistlərin ölümü və ya ağır bədən xəsarətləri alması haqqında çıxan xəbərlərdən sonra onlar minlərlə müsafirdən məhrum olublar. Turistlər mindən çox otel sifarişini ləğv edib və kurortlar demək olar ki, boş qalıb. Nəticədə kurortu müvəqqəti bağlamaq lazım gəlib. Bu turizm məkanı avqustun 15-də bağlanacaq və noyabrın 7-də yenidən fəaliyyətə başlayacaq.

Eyni zamanda, iyul ayında zərərçəkmiş Lorens-Deyli kurortun əleyhinə iddia qaldıraraq aldığı xəsarətlə bağlı 3 milyon dollar təzminat tələb edib.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.