SON XƏBƏRLƏR
20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
Elçin Quliyev: Ermənistanla sərhədin mühafizəyə götürülməsi zəfər yürüşümüzün davamıdır
CƏMİYYƏT 11:48 / 16.08.2019

Ermənistanla sərhədin Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən mühafizəyə götürülməsi zəfər yürüşümüzün davamıdır.

Bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.

Qeyd olunur ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yaxın günlərdə DSX-nin Sərhəd Qoşunlarının tərkibində Ermənistan ilə dövlət sərhədinin mühafizəsi və müdafiəsi təyinatlı "Qazax" əlahiddə sərhəd diviziyasının yaradılması qərarı Azərbaycan sərhədçilərinin bu istiqamətdə xidməti-döyüş fəaliyyətinə Ali Baş Komandan səviyyəsində verilən ən yüksək dəyər, ən ali qiymətdir:

"Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədi Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürüldükdən sonra doqquz aylıq qısa bir müddətdə bilavasitə düşmənlə təmas xəttində ilk vaxtlar uyğunlaşdırılmış tikililərdə xidmətə başlayan sərhədçilərimiz üçün 75 ədəd ən müasir tələblərə cavab verən sərhəd məntəqəsi, iki hərbi hissə kompleksi tikilərək istifadəyə verilib".

E.Quliyev bildirib ki, Ali Baş Komandanın Azərbaycan sərhədçisinə etimadının göstəricisi olaraq Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsi dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsinin başlanğıcı olmaqla yanaşı, Azərbaycanın hərb qüdrətinin zəfər yürüşünün davamıdır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.