SON XƏBƏRLƏR
05 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
Quru meyvələrin tərkibi vitaminlərlə zəngindir
CƏMİYYƏT 12:16 / 11.08.2019
Quru meyvələrin insan səhhətinə çox müsbət təsiri var.

Xezerxeber.az tibbi saytlara istinadla xəbər verir ki, elmi araşdırmalar nəticəsində tərkibi A vitamini ilə zəngin qaysının stress və qan azlığını aradan qaldırdığı, dəridəki problemlərə yaxşı təsir göstərdiyi məlum olub. Gündə 5 ədəd qaysı yemək ürək-damar və sinir sistemi üçün faydalıdır.

Enerji mənbəyi olan kişmiş həm də bəlğəmgətirici xassəyə malikdir. Gündə 10 ədəd kişmiş yemək təzyiqi aşağı salır, iltihablara qarşı dərman vasitəsi kimi istifadə olunur.

Vitaminlərlə zəngin alça qurusu xərçəng xəstəliyinə qarşı faydalıdır. Həmçinin yaşlanmanın qarşısını alır, yüksək təzyiq, qaraciyər, revmatizm, ürək-damar və böyrək xəstəliklərinə qarşı çox xeyirlidir.

Əncir qurusu tərkibində yağ və xolesterol olmadığına görə arıqlamaq istəyənlər üçün yaxşı vasitədir. Boğaz ağrıları zamanı da faydalı təsir göstərir.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.