SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
Əlilliyi olan şəxslər üçün yeni elektron sistem yaradılır
CƏMİYYƏT 13:19 / 10.08.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində "Reabilitasiya” altsistemi yaradılır. Altsistem nazirliyin reabilitasiya müəssisələri ilə Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) əlaqəli fəaliyyətinin qurulması üçün onlar arasında elektron formada məlumat mübadiləsinə şərait yaradacaq.

Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, əlilliyi olan şəxslərin reabilitasiya müəssisələrinə qəbulu TSEK-lər tərəfindən altsistemə daxil edilən göndərişlər əsasında aparılacaq. Bu, əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri üçün daha rahat və asan şəkildə müraciət imkanlarına malik olmasına, bərpa müəssisələrinə qəbul üzrə növbəliliyin elektron qaydada, şəffaf və obyektiv aparılmasına, bu sahəyə nəzarətin operativ və təkmil qurulmasına imkan verəcək.

Bərpa müalicəsinə qəbul edilmiş şəxslərlə bağlı tətbiq edilən reabilitasiya tədbirləri və onun nəticələri də "Reabilitasiya” altsisteminə daxil ediləcək. Həmin nəticələr onlayn rejimdə TSEK-lərə göndəriləcək və fərdi reabilitasiya proqramının icrası çərçivəsində həmin məlumatlar əsasında onların müvafiq qərar verməsi mümkün olacaq.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.