SON XƏBƏRLƏR
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
Rasim Balayev 71 yaşında: Qüruba doğru gedirik
MƏDƏNİYYƏT-ŞOU 20:59 / 08.08.2019

Yaşlanmaq, 71 yaşını qeyd etmək hər insana qismət olmur. Allaha şükür edirəm ki, bu yaşıma çatmağı mənə nəsib edib.

Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün doğum gününü qeyd edən "Şöhrət” ordeni laureatı, Prezident təqaüdçüsü, Xalq artisti Rasim Balayev deyib.

O, bu yaşına çatdığı üçün sevindiyini, lakin yaşlanmağın da mənfi tərəflərinin olduğunu bildirib:

"İstər-istəməz qüruba doğru gedirik. İllər keçir. Yavaş-yavaş yaşlanırıq. Düzdür, yaşlanmaq, 71 yaş hər insana qismət olmur. Amma yaşlanmağın da başqa tərəfləri var. İnsanın xəstəlikləri, ağrıları, əziyyətləri artır. Allahın verdiyi ömrü gərək yaşayaq. Hər şeyə görə şükür etməliyik”. 

Xalq artisti hazırda səhhətinin yaxşı olduğunu qeyd edib:

"Çünki bundan da pis ola bilərdi. Əsas odur ki, özümü idarə edə bilirəm”. 

Rasim Balayev ona gələn təbriklərdən də danışıb:

"Bu gün telefon zənglərinə oyanmışam. Dostlar, tanışlar, bir çox aktyorlar təbrik edib. Hələlik Alim Qasımov təbrik etməyib. Yəqin, gün ərzində zəng edər.

Hədiyyə almamışam. Amma gözləmirəm də”.

R.Balayev 75 illik yubileyini isə təntənəli formada qeyd etməyə hazırlaşdığını nəzərə çatdırıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.