SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Azərbaycanın ilk qadın xanəndəsi: Toylara kişi paltarında gedirmiş
MƏDƏNİYYƏT-ŞOU 21:52 / 08.08.2019

Azərbaycanın ilk peşəkar qadın xanəndəsi Mirzə Güllər olub. Sabirabadın Cavad kəndində doğulan Mirzə Güllər XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb-yaradıb.

Mirzə Güllər haqqında yetərincə məlumat olmasa da, onunla bağlı xatirələrini qardaşı oğlu Rəcəb ƏsədovOxu.Az-a danışıb.

Onun sözlərinə görə, gözəl və məlahətli səsə malik Mirzə Güllərin doğulduğu kənddə xanəndəlik etməsi dindarların, mövhumatçıların xoşuna gəlməyib.

R.Əsədov deyib ki, bibisixanəndəlik etdiyinə görə atası Fərəc onuhəmişə "üz qarası” bilib:

"Ona dəfələrlə deyiblər ki, kənd qızları necə yaşayır, sən də elə yaşa. Amma Mirzə Güllər deyilənlərlə razılaşmayıb. Nəhayət, daim təqib və təhdidlərə məruz qalan Mirzə Güllər günlərin birində doğma ocağını tərk edərək Şamaxıya getmək məcburiyyətində qalır”.

O bildirib ki, yaradıcılığının əsas hissəsini burada davam etdirən Mirzə Güllər Mahmud ağaya pənah aparır:

"Mahmud ağa nüfuzlu şəxsiyyət olduğundan icazəsi olmadan kimsə yaşadığı evə girə bilməzmiş. Bu minvalla Mirzə Güllər ağanın evində qalmaqla yenə toy məclislərində oxuyurmuş. Toy məclislərinə kişi paltarında getdiyindən onun qadın olduğunu kimsə bilməyib”.

Dövrün məşhur xanəndə qadını olan Mirzə Güllər nəinki Şirvanda, hətta İranda, Tiflisdə, İrəvanda böyük şöhrət qazanıb. O, "Şur”, "Mahur-hindi”, "Rast”, "Segah”, "Heyratı-Kabili”, "Bayatı-Şiraz”, "Bayatı-Qacar” muğamlarını xüsusi məlahətlə oxuyub.

1914-cü ildə Kiyevdə "Monarx-Rekord” səsyazma studiyası bu qüdrətli el sənətkarının səsini qrammofon valına yazıb. Həmin vallardan yalnız bir-ikisi bu günümüzə qədər gəlib çatıb.

Qohumlarının dediyinə görə, Mirzə Güllər Şamaxıdan sonra Lahıca köçürb. Burada bir qədər yaşayandan sonra vəfat edib və Lahıc qəbiristanlığında dəfn olunub.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.