SON XƏBƏRLƏR
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
Milli Məclisdə görüş
SİYASƏT 14:51 / 01.06.2018
Mayın 31-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın İsrail Xarici İşlər Nazirliyinin nümayəndələri Hila Rozenfeld, Mayk Drike, Zvika Ziv və Avital Rozenberqlə görüşü oldu.
Sevinc Fətəliyeva qonaqları Azərbaycan parlamentində salamlayaraq, İsraillə əlaqələrin dinamik inkişaf etdiyini söylədi. Xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmləndiyini dedi. Millət vəkili bildirdi ki, cari ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi qeyd olunur. Yubileylə əlaqədar həm ölkə daxilində, həm də xaricdə bir çox tədbirlər keçirilir. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika idi. Mövcud olduğu zaman ərzində Azərbaycan Xalq Cümhuriyyəti xeyli uğurlar əldə etdi, ölkəmizin dövlətçilik və müstəqillik tarixində əhəmiyyətli rol oynadı.
Qeyd edildi ki, bu gün dövlətlərimiz arasında siyasi, iqtisadi, mədəni, təhsil, humanitar sahələrdə əməkdaşlıq inkişaf edir. Münasibətlərimizin dərinləşməsində parlamentlər önəmli yer tutur. Qonaqlara Milli Məclisin fəaliyyəti barədə məlumat verildi. Diqqətə çatdırıldı ki, dövlətin bütün strukturlarında olduğu kimi, parlamentdə də qadınlar yüksək səviyyədə təmsil olunur. Qeyd edildi ki, Azərbaycanın qanunvericilik orqanında bir sıra dünya ölkələri, o cümlədən İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyəti göstərir. Deputatlarımızın qarşılıqlı səfərləri, aparılan danışıqlar informasiya və təcrübə mübadiləsi baxımından vacibdir.
Sevinc Fətəliyeva ölkəmizin geosiyasi mövqeyindən söhbət açdı. Qeyd edildi ki, Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ münaqişəsidir. Ərazilərimizin 20 faizi Ermənistan tərəfindən işğal olunub. Məsələnin həlli istiqamətində zəruri addımlar atılır. Bu gün regionda təhlükəsizliyin təmin edilməsi aktual məsələlərdəndir və bu sahədə səmərəli işlər həyata keçirilir.
İsrail nümayəndə heyətinin üzvləri Azərbaycana səfərdən və səmimi görüşdən məmnun olduqlarını bildirdilər. Ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın və səmimi dostluq münasibətlərinin mövcudluğunu vurğuladılar. Qarşılıqlı səfərlərin əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcəyini söylədilər.
Millət vəkili Sevinc Fətəliyeva qonaqların ünvanladığı bir sıra suallara ətraflı cavablar verdi.
Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları, terrorizmlə mübarizə və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə İsrailin Azərbaycandakı səfiri Dan Stav iştirak edirdi.
Regioninfo.az

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.