SON XƏBƏRLƏR
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
Nazir Əbülfəs Qarayev Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının prezidenti ilə görüşdü
SİYASƏT 11:37 / 01.06.2018

Mayın 30-da Şabran rayonundakı "Qalaaltı” kurortunda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası (EHTTA) Baş Assambleyasının "Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransı keçirilir.

Beynəlxalq konfrans çərçivəsində mədəniyyət naziri Əbülfəs Qarayev və assosiasiyanın prezidenti Giuseppe Bellandi arasında görüş olub.

Regioninfo.az xəbər verir ki, Əbülfəs Qarayev ölkəmizin turizm potensialı haqqında geniş məlumat verdi. Bildirdi ki, son illər həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda müxtəlif turizm növləri inkişaf etdirilib: "Qədim mədəniyyətə və tarixə sahib olan ölkəmiz mədəni irs nümunələri ilə də olduqca zəngindir. Bu baxımdan mədəni turizmin inkişafı üçün də böyük potensialımız var. Bu turizm növünü inkişaf etdirmək üçün bir sıra yerli və beynəlxalq turizm marşrutları fəaliyyət göstərir. Bu xüsusda "Böyük İpək Yolu”, "Aleksandr Düma Qafqazda”, "Azərbaycanda şərab yolu”, "Azərbaycanda alman izləri” və başqa beynəlxalq turizm marşrutları fəaliyyət göstərir”.

Nazir Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası Baş Assambleyasının "Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransının ölkəmizdə keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirdi. Vurğuladı ki, digər sahələrdə olduğu kimi, ölkəmizdə mədəniyyətin, turizmin inkişafı üçün də beynəlxalq əməkdaşlığa xüsusi önəm verilir. Əbülfəs Qarayev ümidvar olduğunu bildirdi ki, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası ilə əməkdaşlıq daha da inkişaf edəcək.

EHTTA-nın prezidenti Giuseppe Bellandi "Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransının Azərbaycanda keçirilməsinə göstərdiyi dəstəyə görə öz minnətdarlığını ifadə etdi. Tədbirdə EHTTA-nın yüksək səviyyəli nümayəndələri, sağlamlıq və müalicəvi imkanları geniş olan xarici ölkələrin iştirakının önəmini vurğuladı. Ölkəmizlə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu deyən assosiasiya prezidenti buna Azərbaycanın zəngin mədəni irsi və böyük turizm potensialının geniş imkanlar açdığını diqqətə çatdırdı.

Regioninfo.az


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.