SON XƏBƏRLƏR
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
DİN Bakıda ana və qızının güllələnməsi faktı ilə bağlı məlumat yayıb
SİYASƏT 11:29 / 01.06.2018
Daxili İşlər Nazirliyi Bakıda ana və qızının güllələnməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 31-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində qəsəbə sakini Elçin Qədimov münaqişə zəminində tüfəngdən açdığı atəşlə tanışı Aytən Cəfərovaya və onun anası Esmira Cəfərovaya xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirillən Aytən orada ölüb, anasının vəziyyəti ağırdır.


Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qədimov saxlanılıb.


Onun evindən müvafiq sənədləri olmayan "İJ-16” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.