SON XƏBƏRLƏR
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
16 Avqust 2019
Lənkəranda 4 istirahət obyekti cərimələndi - FOTO
HADİSƏ 13:13 / 22.07.2019
Lənkəranda fəaliyyət göstərən 4 istirahət obyekti tullantıları ətrafa atdığı cərimələnib.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Bu tədbirlər nəticəsində Lənkəran şəhərində dənizkənarı ərazilərdə fəaliyyət göstərən "Həsirli”, "Panorama”, "Meduza”, "Dağlaroğlu”adlı istirahət məkanlarından tullantıların ətrafa atılması faktı aşkar edilib.

Ərazinin zibillənməsi halları ilə bağlı R. Zamanov, N. Məmmədov, F.Məmmədov, R. Muradov barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə protokol tərtib edilib.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.