SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Qurbanqulu Berdiməhəmmədov vəfat etdi? - RƏSMİ AÇIQLAMA (YENİLƏNDİ)
DÜNYA 20:59 / 21.07.2019

Türkmənistanın Rusiyadakı səfirliyi ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədovun vəfat etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Publika.azTASS agentliyinə istinadən xəbər verir ki, Moskvadakı diplomatik missiyanın nümayəndəsi məlumatı təkzib edib.

"Bu tamamilə yalandır", — deyə agentliyin həmsöhbəti bildirib.

***

18:18

Rusiya KİV-ində Türkmənistan prezidenti Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun vəfatı haqqında informasiya çıxıb.

Publika.az"Rosbalt” agentliyinə istinadən xəbər verir ki, bu haqda politoloq və "Qovorit Moskva" radiostansiyasının Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev bildirib.

O bu barədə türkmən iş adamlarından xəbər tutduğunu deyib. Onların sözlərinə görə, xüsusi xidmət orqanlarında işləyən şəxslər hadisənin prezident məzuniyyətdə olan zaman baş verdiyini deyiblər.

İnformasiya rəsmi qaydada təsdiq və ya inkar edilməyib.

Bildirilir ki, Qurbanqulı Berdımuhammedov iyulun 15-də məzuniyyətə çıxıb. "Türkmənistanın xronikası" nəşrinin xəbərinə görə, prezident 10 gün - iyulun 5-dən 15-dək tamaşaçı qarşısına çıxmayıb. İyulun 15-dən Berdiməhəmmədov haqqında heç bir informasiya yoxdur.

Qeyd edək ki, ixrisasca stomatoloq olan Qurbanqulu Berdiməhəmmədov 14 fevral 2007-ci ildən post-sovet respublikasına başçılıq edir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.