SON XƏBƏRLƏR
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
ATƏT-in iclasında Qarabağ müzakirə olunacaq
SİYASƏT 18:40 / 30.05.2018

7-11 iyun tarixində Berlində keçiriləcək ATƏT-in Parlament Assambleyasının bu ilki iclasında Dağlıq Qarabağ münaqişəsi müzakirə masasına çıxarılacaq.

Oxu.Az qurumun saytına istinadən xəbər verir ki, sessiyada "ATƏT-in öz öhdəliklərini yerinə yetirməsi: parlamentin rolu” adlı hesabatı oxunacaq.

Sənədin müəllifi ATƏT PA-nın Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Kristian Viqenindir.

Hesabata görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində hər hansı irəliləyişin olmaması və son bir neçə il ərzində atəşkəs rejiminin pozulması narahatlığa səbəb olur.

"Növbəti silahlı toqquşmanın baş verməməsi və situasiyanın yenidən gərginləşməməsi üçün tərəflərin danışıqlar masasına qayıtması vacibdir. ATƏT vəziyyətinsabitləşdirilməsi və hərtərəfli sülh razılaşması üzərində işlərin aparılması üçün bütün mexanizmləri o cümlədən Minsk qrupu və ParlamentAssambleyasını səfərbər etməlidir”, -deyə hesabatda qeyd olunur.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.