SON XƏBƏRLƏR
14 Noyabr 2018
13 Noyabr 2018
12 Noyabr 2018
Menbiç terrorçulardan təmizlənir: 3 mərhələli plan açıqlandı
DÜNYA 17:07 / 30.05.2018
Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu ilə ABŞ dövlət katibi Mayk Pompeo arasında iyunun 4-də Vaşinqtonda keçiriləcək görüşdən sonra Suriyada Fərat çayının qərb sahilində yerləşən Menbiç rayonunun 1 ay ərzində separatçı terror təşkilatı PKK-nın Suriya qolu PYD-YPG terrorçularından təmizlənməsi planı işə salınacaq.

  "Anadolu” agentliyinə istinadən xəbər verir ki, Menbiçin terrorçulardan təmizlənməsinə dair Vaşinqtonla Ankara arasında texniki razılıq əldə olunsa da, bəzi elementlərin dəyişmə ehtimalı var. Lakin Çavuşoğlu ilə Pompeonun 4 iyun Vaşinqton görüşündə razılaşmanın yekun mətninin imzalanacağı və Menbiçin təmizlənmə əməliyyatına rəsmən start veriləcəyi bildirilir.

Plana əsasən, Menbiçin terrorçulardan təmizlənməsi 3 mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə razılaşma sənədi imzalanan vaxtdan etibarən 30 gün ərzində YPG/PYD terrorçuları Menbiçi tərk edəcəklər. Türkiyə kəşfiyyatı isə terrorçu təkilatların liderləri artıq indidən bölgəni tərk etməyə başlayıblar.

İkinci mərhələdə 4 iyun razılaşmasından 45 gün keçəndən sonra Türkiyə və Amerika hərbçiləri, kəşfiyyatçıları boşaldılan ərazilərdə birgə yoxlama aparacaqlar. Üçüncü mərhələdə isə, iyunun 4-dən sonrakı 60 gün ərzində Menbiçdə yerli əhalidən ibarət idarəetmə orqanı formalaşdırılacaq.

Qeyd edək ki, YPG/PYD terrorçularıSuriyanın Hələb vilayətinə daxil olan və əhalisinin 90 faizini ərəblər təşkil edən Menbiçi 2016-cı ildəABŞ-ın dəstəyi ilə İŞİD-dən təmizləyərək ələ keçirib. Vaşinqton İŞİD-dən təmizlənən Menbiçi YPG/PYD-nin də tərk edəcəyinə dair söz versə də, indiyədək bunu etməyib. Əksinə, həmin terrorçu təşkilatlara təlim keçmək üçün 2 minABŞhərbçisi Menbiçə göndərilib.
118 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.