SON XƏBƏRLƏR
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
Sosial şəbəkələr çökdü: qlobal xarakter daşıyır - YENİLƏNİB
CƏMİYYƏT 16:39 / 18.07.2019

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sosial şəbəkələrin işində yaranmış problemlə bağlı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, sosialşəbəkələrin işində müşahidə olunan nasazlıq qlobal xarakter daşıyır və yerlitelekommunikasiya sistemlərindən, həmçinin mobil operatorlardan qaynaqlanmır:

"Populyar internet resurslarının işini təqib edən "Downdetector” xidmətininməlumatına əsasən, istifadəçilərin 24 faizi sosial şəbəkələrə daxilolma, 75 faizi isə istifadə ilə bağlı problemlə qarşılaşıb.

ABŞ, Monteneqro, Gürcüstan, Serbiya, Bolqarıstan, Yunanıstan, Türkiyə,Bosniya-Hersoqovina, Cənubi Koreya, Makedoniya, İraq, Malayziya, Kipr və digər ölkələrdən olan istifadəçilər "Downdetector” xidmətində adıçəkilən sosial şəbəkələrin çökdüyünü bildirirlər”.

16:39

Ən çox istifadəçisi olan "Facebook” və "Instagram”sosial şəbəkələrininişində problemlər yaranıb.

Oxu.Azxəbər verir ki, hazırda dünya üzrə sosial şəbəkələrin fəaliyyəti dayanıb və istifadəçilər hesablarına daxil ola bilmirlər.

"Whatsapp”ın işində də müəyyən problemlər müşahidə olunur. Belə ki, istifadəçilər bir-birinə səs, foto vəvideo göndərə bilmirlər.

Problemlərin səbəbləri hələlik məlum deyil.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.