SON XƏBƏRLƏR
05 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
Bakıda pedofil məşqçi saxlanıldı
CƏMİYYƏT 15:38 / 18.07.2019

Bakıda pedofillikdə şübhəli bilinən futbol məşqçisi saxlanılıb.

Bu barədəOxu.AzSabunçu rayonu hüquq-mühafizə orqanlarındakı mənbəyinə istinadən xəbər verir.

Məsələ ilə bağlı P.F. adlı 31 yaşlı paytaxt sakininin12-ci Polis şöbəsinə müraciət etdiyi bəllidir.

Sözügedən qadın bildirib ki, 41 yaşlı Y.M. adlı futbol məşqçisi onun oğluna əxlaqsız təkliflər edib. Məşqçi yeniyetmənin telefonuna SMS-lər göndərərəkonunla cinsi əlaqəyə girməyi təklif edib.

Məşqçinin cinayət əməllərinin sübutu qismindəgəncin anası həmin SMS-ləri polisə təqdim edib. Bundan sonra məşqçi tutulub və hazırda faktla bağlı araşdırma aparılır.

Futbol məktəbinin adı ilə bağlı isə heç bir məlumat verilmir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.