SON XƏBƏRLƏR
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
ATƏT PA-nın sədri prezident İlham Əliyevə məktub göndərib
SİYASƏT 16:09 / 30.05.2018
ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli Azərbaycan prezidenti İlham Əliyevə məktub yollayıb.

Xezerxeber.az-ın xəbərinə görə, məktubda deyilir: "Hörmətli cənab Prezident.
Azərbaycanın müstəqilliyinin 100 illiyi münasibətilə ATƏT-in Parlament Assambleyası adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Azərbaycana və onun xalqına uğur və rifah arzularımı çatdırıram.
Bu fürsətdən istifadə edərək, Azərbaycan Respublikası və ATƏT arasındakı səmərəli əməkdaşlığın davam etdirilməsini arzulayıram. Əmin olun ki, bizim təşkilat əlaqələrimizi daha da möhkəmləndirmək və islahatların genişləndirilməsi, bölgədə sülh və rifaha mane olan çağırışların dəf edilməsi istiqamətində Sizin ölkənizlə sıx işləmək əzmindədir.
Bakıya mart ayındakı səfərim zamanı mənə göstərdiyiniz səmimi qonaqpərvərliyə görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.