SON XƏBƏRLƏR
14 Noyabr 2018
13 Noyabr 2018
12 Noyabr 2018
Qeyri-formal məşğulluğa nəzarət GÜCLƏNDİRİLİR - VİDEO
İQTİSADİYYAT 12:07 / 30.05.2018

Məşğulluq sahəsində nəzarət mexanizmləri gücləndirilir. Tibbi sığorta və başqa bir neçə qanunavericilik aktlarına dəyişiklik ediləcək.işçi qüvvəsini gizlədən və əmək haqqı xərclərini aşağı göstərən sahibkarları isə ciddi cəza gözləyir.

Qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün bir sıra qanunlara dəyişikliklər ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən məşğulluq və əmək sahəsində nəzarət mexanizmləri gücləndirilir. Bunun üçün bəzi qanunvericilik aktlarına dəyişiklərin edilməsi ilə bağlı layihə hazırlanıb. Məqsəd qeyri-formal əmək münasibətlərinin qarşısını almaqdır.

Əmək və əhalinin sosial müdafiəsi nazirininmüavini İdris İsayevin sözlərinəgörətibbi sığorta haqqında qanuna da dəyişikliklərin edilməsi nəzərdə tutulub. Məqsəd əmək münasibətlərində olan şəxslərin tibbi sığortadan daha çox və asan istifadəsini təmin etməkdir. Daha bir dəyişiklik isə satınalmalar haqqında qanunda olacaq.İşçi qüvvəsini gizlədən və əmək haqqı xərclərini aşağı göstərən sahibkarları ciddi cəza gözləyir.

Layihə Milli Məclisə tədim edilib. Bundan əlavə nazirliyik tərəfindən elektron nəzarət sistemi də hazırlanıb. Bu sistem vasitəsilə bir neçə qurum vahid mərkəzdən elektron nəzarəti həyata keçirə və qarşılıqlı məlumat mübadiləsi apara biləcəklər.


149 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.