İqtisadiyyat

Vüsal Qasımlı: “Bu dəyişiklik iqtisadi islahatların yeni nəfəs qazanmasına xidmət edəcək”

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Respublikasının Prezident Administrasiyasının strukturunda edilən dəyişikliklərlə bağlı 1news.az-a müsahibə verib.
Regioninfo həmin müsahibəni təqdim edir:
– Prezident İlham Əliyevin Prezident Administrasiyasının strukturunda etdiyi son dəyişiklikləri necə qiymətləndirirsiniz?
– Bildiyiniz kimi, son dövrlərdə Azərbaycanda bir çox mühüm islahatlar, o cümlədən institusional islahatlar davam etdirilir. Dövlətimizin başçısının siyasi iradəsi ilə aparılan bu islahatların əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Prezident Administrasiyasının strukturunda aparılan islahatlar da Prezident İlham Əliyevə daha effektiv və çevik xidmət etməyə imkan verən idarəetmə aparatının formalaşdırılmasına yönəlib.
Edilən dəyişikliklərlə Prezident Administrasiyasında mövcud olan müxtəlif vəzifə təsnifatlarının azaldılması və eyniləşdirilməsi, əlaqəli sahələr üzrə vahid vəzifə təsnifatının müəyyənləşdirilməsi və bununla effektiv koordinasiyanın təmin edilməsi, Administrasiyada daha geniş spektrli Prezident köməkçiləri strukturunun formalaşdırılması, dövrün tələblərinə adekvat yeni şöbələrin yaradılması və ya mövcud şöbələrin funksiyalarının təkmilləşdirilməsi təmin edilib.
– Vüsal müəllim, edilən dəyişikliklərdən biri də Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi vəzifə təsnifatına iqtisadi siyasət və sənaye məsələləri funksiyasının əlavə edilməsidir. Sizcə, bu dəyişiklik iqtisadi islahatlara nə kimi töhfə verəcək?
– Bu dəyişiklik haqqında onu deyə bilərəm ki, Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin funksiyalarına iqtisadi siyasət və sənaye məsələlərinin də əlavə edilməsi iqtisadi islahatların əhatə dairəsinin genişlənməsinə və Strateji Yol Xəritəsinin icrası üçün daha əlverişli şəraitin formalaşmasına zəmin yaradır.
Mövcud dəyişikliklər, həmçinin iqtisadi siyasətlə iqtisadi islahatların daha səmərəli sinerjisinin təmin olunmasına, iqtisadi islahatların bütün iqtisadi siyasət arsenalını əhatə etməsinə və formalaşdırılan vahid iqtisadi siyasət çərçivəsi daxilində daha effektiv iqtisadi islahatların aparılmasına gətirib çıxaracaq.
Beləliklə, bu dəyişiklik iqtisadi siyasət kontekstində iqtisadi islahatların yeni nəfəs qazanmasına xidmət edəcək. Bildiyiniz kimi, iqtisadi islahatlar iqtisadi siyasətin alt komponentidir və onun reallaşdırılma mexanizmidir. Edilən dəyişiklik vahid siyasət çərçivəsi ilə onun reallaşdırılması mexanizmi olan islahatlar arasında daha koordinasiyalı sistemin yaradılmasına imkan verəcək.
– Bəs iqtisadi islahatların planlaşdırılması və icrası ilə bağlı institusional struktur necə fəaliyyət göstərəcək?
– Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin strukturunda əvvəlki kimi 2 sektor: iqtisadi islahatların təhlili və planlaşdırılması və iqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorları iqtisadi islahatların təhlillər əsasında planlaşdırılması, sonradan monitorinqi və qiymətləndirilməsi fəaliyyətləri ilə məşğul olacaq. Digər sektorlar isə bu sektorların fəaliyyətinə dəstəkləyici funksiyalar həyata keçirəcək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi isə Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisinin xidməti ilə birgə iqtisadi islahatların planlaşdırılması məqsədilə təhlillərin aparılması, qəbul edilmiş islahat qərarlarının effektiv kommunikasiyası, eləcə də monitorinqi və qiymətləndirilməsi fəaliyyətlərini davam etdirəcək.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close