Sosial

Uşağının burnuna maz sürtüb yatmağa getdi, sonra… – Qandonduran TƏFƏRRÜAT

Bu hadisəyə inanmaq çətindir – çünki istənilən halda hamımız soyuqdəymədən qorunmaq üçün məlhəmlərdən tez-tez istifadə edirik.
O, temperaturdan, zökəmdən və başqa soyuqdəymə simptomlarından zərərsiz və çox effektiv vasitə kimi tanınır.
Baş vermiş qorxunc hadisə, əsasən də mazları körpə uşaqlar üçün istifadə edərkən ehtiyatlı olmağa vadar edir. Sən demə, mazın istifadəsi ölümlə də nəticələnə bilər.
Bir meksikalı xanım başına gələn fəlakəti mətbuata açıqlamasında məqsədinin, digər valideynlərin onun yaşadığını yaşamamasıdır: öz körpəsinin ölümünü!
İşdən evə gələn qadın öz 2 yaşlı oğlunun otağına girir, onu öpməyə əyilir və hiss edir ki, onda qızdırma var. Bunun adi soyuqdəymə olduğunu düşünən qadın soyuqdəymə əleyhinə vasitə olan sadə mazdan istifadə etmək qərarına gəlir. Bu barədə lifter.com.ua saytı yazır.

Uşağın sinəsini, kürəyini və dodaqlarının üst hissəsini “Viks Aktiv” mazı yaxır ki, uşaq daha yüngül nəfəs alsın. Sonra isə onun üstünü örtərək, öz otağına çəkilir və yatır.
Bir neçə saatdan sonra oyanan ana, görür ki, körpə nəfəs almır…
Ana vaxt itirmədən dərhal uşağı xəstəxanaya aparır, lakin təəssüf ki, həkimlər körpənin həyatını xilas edə bilmirlər.
Həkim rəyində deyilir ki, uşaq mazın tərkibinə daxil olan kamfora ilə tənəffüs yollarının iltihabından ölüb.
Ana ağlına belə gətirməzdi ki, bu vasitə onun uşağını öldürəcək: o, yalnız ona kömək etmək istəmişdi.
Məsələ ondadır ki, böyüklər üçün kamfora faydalıdır, amma yaşı 2-dən az olan uşaqlarda o, seliyin ayrılmasını 60% artırır; selik nəfəs yolunda yığılır və nəfəsi çətinləşdirir.
Mazın etiketində yazılıb ki, yaşı 3-dən aşağı olan uşaqlar üçün istifadəsi qadağandır. Təəssüf ki, meksikalı ana bu xəbərdarlığı görməmişdi.
“Bu hadisə bütün valideynlər üçün dərs olmalıdır: mənim yaşadığım bu dəhşətli hadisəni paylaşmaqda məqsədim odur ki, uşağı adət edilmiş ev vasitələri ilə müalicə etməzdən əvvəl həmişə təlimatı diqqətlə oxuyun və mütəxəssislərlə məsləhətləşin! Lütfən, bu məlumatı hamı ilə bölüşün, yaşadığım ağrını heç kəsin yaşamasını istəmirəm” – deyə, o, mətbuata açıqlamasında bildirib.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close