Region

“Türkiyə ilə əlaqələrimiz pisləşib” – Merkel

Almaniya kansleri Angela Merkel Türkiyəni tənqid edib.

Regioninfo TASS-a istinadən verdiyi məlumata görə, Merkel Bundestaqda çıxışı deyib ki, Türkiyədə Konstitusiya islahatları ilə bağlı referendum ölkənin Avropa İttifaqı ilə əlaqələrini pisləşdirib.

“Bu hadisələr, şübhəsiz əlaqələrimizi ciddi şəkildə pisləşdirdi”, – deyə Merkel vurğulayıb.

Almaniya kansleri rəsmi Ankaranı beynəlxalq təşkilatların tənqidlərini dinləməyə çağırıb.

Qeyd edək ki, aprelin 16-da Türkiyədə keçirilən referenduma nəticələrə əsasən seçicilərin 51.20 faizi referenduma “Hə”, 48.80 faizi isə “yox” deyib.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close