Dünya

Tramp Putinlə telefon danışığı aparmaq istəmir

ABŞ prezidenti Donald Tramp hələlik rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmaq niyyətində deyil.

Bu barədə RİA Novosti-yə Ağ Evin yüksək vəzifəli nümayəndəsi bildirib.

“Hazırda heç bir telefon danışıq planlaşdırılmır”, – deyə mənbə vurğulayıb.

Qeyd edək ki, D.Tramp ötən gün Rusiyaya qarşı yeni sanksiya paketini təsdiqləyib. Qanun sanksiyaların ləğvinə dair prezidentin səlahiyyətlərini məhdudlaşdırır və bu məsələlərdə yekun qərarı Konqresə həvalə edir.

Onu da xatırladaq ki, Donald Tramp bir müddət əvvəl Konqresə ABŞ və Rusiya arasında münasibətlərin “son dərəcə aşağı səviyyədə” olduğunu bildirmişdi.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close