Region

Tanınmış milyarder həyat yoldaşını BOŞADI

Rusiyalı oliqarx Roman Abramoviç həyat yoldaşı Daşa Jukovadan ayrılıb.
Publika.az xəbər verir ki, cütlük ayrıldığını sosial şəbəkədə elan edib. Onlar ayrılsalar da, dostluq münasibətlərini davam etdirdiklərini bildirib.
Stil ikonası kimi tanınan Daşa Jukova ilə iş adamı boşanması haqqında rəsmi məktubda bunlar yazıb:
“10 illik birgə həyatdan sonra bizim üçün ayrılıq qərarını qəbul etmək asan olmadı, amma hələ də iki gözəl uşaqların valideynləri və yaxın dost olaraq qalırıq. Həmçinin birgə həyata keçirdiyimiz layihələrin tərəfdaşı olmağa davam edəcəyik. Biz uşaqlarımızın tərbiyəsilə birlikdə məşğul olacaq, Moskvada müasir incəsənət Muzeyi “Qaraj” və Hollandiyada mədəniyyət mərkəzinin fəaliyyətini davam etdirmək niyyətindəyik.
Qeyd edək ki, Daşa Jukova “Çelsi” klubunun sahibi, rusiyalı milyarder Roman Abramoviçlə 2005-ci ildə tanış olub. Onların iki övladı var. Cütlüyün 2009-cu ildə Aaron Aleksandr adlı oğlu, 2013-cü ildə Leya adlı qızı olub. Leya Abromoviçin 7-ci uşağıdır.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close