Yaddaşlarımızda yaşayan tariximizin axtarışında…

Cəlilabad zəngin tarixə malik Muğanın təqribən mərkəzində yerləşir.
Coğrafi cəhətdə bu ərazi dağ, dağətəyi və düzən hissələrindən ibarətdir. Tarixi araşdırmalarımız da bu aspektən sistemləşdirilir. Dağ və dağətəyi ərazilərin öyrənilməsi nəticəsində müəyyən etmişik ki, Son tunc dövründən müasir dövrə qədər burada fasiləsiz həyat olub. Burada diqqətimizi çəkən yaşayış məskənlərinin ərazisindən çox qəbirstanlıqların ərazisinin olmasıdır…
Növbəti səfərlərimizdən biri Yeddi bulaq kəndinin qədim yaşayış yerləri və qədim məzarlıqları oldu. Bu səfərimizin reallaşmasında dəyərli şəxsiyyət, şair və yazıçı, etnoqafik məlumatlatlar sahəsində mühüm bilgilərə sahib olan Qamışlı göl kəndində yaşayan Elnur müəllim oldu ( Elnur Qoca Türk ). “Muğan tarixçilər birliyi”nin üzvü, Cəlilabad ərazisində Sufiliyin yayılması haqqında ilk tarixi məqalənin müəllifi, tarixçi-tədqiqatçı Rza müəllim üzürlü səbəbdən bu səfərdə iştirak etmirdi. Lakin, səfərlərimizin yekunu ilə bağlı məlumatların müzakirəsində iştirak etdi, fikir və rəylərimizin formalaşmasında yaxından iştirak etdi. Elçin Hüseynov, Ələsgər Mirzəzadə, Elnur Qocarük və Elşad Əmənov ” Yeddi bulaq ” səfərində iştirak etdilər. Yeddi bulaq kəndində təsadüfən 1942-ci il təvəllüdlü, uzun müddət dövlət işlərində çalışmış Əmənov İslam Qulam oğlu ilə rastlaşdıq. Ayaqüsü İslam müəllimlə söhbət etdik. Bizi maraqlandıran bəzi suallara daha dolğun cavablar aldıq. Sonra yol bələdçimizlə görüşdük. Bələdçimiz uzun müddətdir meşə təsərrüfatında mühafizəçi işləyir. Bizim getmək istədiyimiz tarixi yer Ərzuman Əmənovun qoruduğu sahəyə aid idi. 10-15 dəqiqəlik söhbətən, ümumi tanışlıqdan sonra Ə,Əmənovun Niva markalı maşını ilə ilk olaraq “Məçidli lata”adlı əraziyə yollandıq. İki km. məsafəni 30-35 dəqiqəyə qət etdik. Yol çox narahat idi. “Məçidli lata” tikanlı otlarla örtülmüşdü. Qalğan. çaxırtikan, yaşıl rəngli, uzun tikanları olan bitkilər ərazidə sərbəst hərəkət etməyə imkan vermirdi. Qalğanın (Qalqan) hündürlüyü insan boyunca idi. Axtarış aparmaq üçün heyvanların hərəkət etdiyi çığırlardan istifadə etməli olduq.
Qurumuş otlar torpağın üstünü örtdütündən torpaq görünmürdü. Addım atan zamanı ayağımızın altı yastılanırdı…bilmək olmurdu otun üstünə ayağımızı qoyuruq , yoxsa yastılanmış otun altında ilan var… ilanın olma ehtimalı bizi lap əldən salmışdı !!! İlk olaraq Məçidli latada olan Səcdəgah adlı yerə baxış keçirtdik. Burada çox sayda düzbucaq və kvadrat formalı bişmiş, qırmızı kərpicləri gördük. Elnur müəllimin sözlərinə görə o 1974-cü ildə burada olarkən tikili salamat idi. Səcdəgah günbəzli olub. Elnur müəllim Səcdagahın dairəvi olduğunu bildirdi. Səcdəgahın içərisinə pillələrlə düşürmüşlər. Tikilinin daxili hissəsinin diametrinin təqribən beş metr olduğunu bizə söylədi. Faktik olaraq biz burada heç bir iş görə bilmədik. Çünki, bizim hər-hansı bir müdaxiləmizə qanun yol vermir Əldə etdiyimiz faktları (maddi sübutları). şifahi məlumatları , müşahidələrimizi və tarixi bilgilərimizi qed etməklə yekunlaşdırır, zəruri hallarda akademiyaya müraciət edirik. Maraqlı faktlardan biri o oldu ki, eyni formalı, eyni çəkidə olan kərpiclərdən “Qazan köşkü”ndə də istifadə olunub. Məsələyə aydınlıq gətirmək üçün kərpiclərdən birini laborator analiz üçün götürdük. Ələsgər müəllim bu məsələ ilə məşğul olacaq. İşimizi davam etdirmək üçün ara məsafə saxlamaqla Qərb istiqamətində hərəkət etməyə başladıq. Bir saata qədər ərazidə gəzməli olduq. Gəzinti zamanı üç qəbir daşına rast gəldik…parçalanmış, hissələrə ayrılmış baç daşlarına…Bir parçanın üstündə günəş təsviri adlanan xətlərə, digər daş sınığı üzərində dairə daxilində altı ulduzlu (Əslində yeddidir-yeddinci mərkəzdədir) simvola və bir daş parçasının üstündə dolça fiquruna rast gəldik. Qeyd edirik ki, dolça fiquru müxtəlif cür yozulur. Əslində bu simvol dolça bürcünə işarədir. Havanın temperaturunun artması, axtarışın çətinliyi. biziMəçidli latada işimizi dayandırmağa məcbur etdi. Lakin, bu tarixi yer haqqında yaranan suallara cavab vermək səfərimizin ilk nəticələri olmalı idi. Sual bir : Bu əraziyə nə üçün Lata deyirlər ? Sual iki : Ərazi nə üçü Məçidli Lata adlanır ? Sual üç: Səcdəgah hansı funksiyanı yerinə yetirib? Səcdəgah hansı inanca bağlı olub ? İlk müzakirələrdən sonra bu sualları cavablandırmağa çalışdıq… 1-ci və ikinci sualların cavabı : Lata sözünün müxtəlif mənaları var. Burada hissə, parça mənasında işlədilib. Digər meşə ərazilərində də eyni adlı kiçik ərazilər mövcuddur. Həmin yerlər məşğuluyyətlə bağlı yer adları kimi xalq arasında qərarlaşmış söz, ad kimi yaşayır. Məsələn, Şatırlı kəndinin meşə ərazisində “Bostan yeri” ( Qasım bostan əkən), “Borannıq” (Daha çox borani əkilən yer”, “Məçidli lata”, “Kömürlük” ( Kömür basdırılan yer) və s.adları hələ də mövcuddur. Bu yer adları rəsmi sənədlərdə yoxdur. Yerli əhalinin yaddaşında isə yaşayır. Deməli. Yeddi bulaq ərazisində də insanlara meşə ərazisindən lata-lata (parça-parça) torpaq hissələri müəyyən məşğuliyyət üçün insanlara verilib. Bu hal kütləvi olmasa da maraqlı insanlara müəyyən müddət üçün (qarşılıqlı razılaşmalar əsasında) verilib. İnsanların istifadəsinə verilmiş latalardan biri də “Məçidli” adlanır. Biz elə başa düşürük ki, 1) Bu lata kəndin mərkəzində yerləşən Məcid üçün ayrılmış topaq sahəsidir. Həmin torpaq sahəsinin gəliri məçidin ixtiyarında olurmuş. 2) Vaxtlarının çox hissəsini (yaz, yay, payızı ilk aylarınaa qədər) kənddən kənarda olduqları üçün lataların birində ibadət üçün kiçik bir ibadət otağı tikiblər. Həmin yer ibadət olunan yer və ya səcdəyə gəlinən yer anlamında işlədilib. O adlanmalardan biri olaraq “Səcdəgah” sözü daimi ad kimi yaşamaqdadır Çox güman ki, 13-cü əsrin sonlarına aiddir. 3-cü sualın cavabı : Səcdəgah səcdəyə gəlinən yer mənasını ifadə edir. Yəni, namaz qılınan yer, məkandır. Yerli əhalinin dininə uyğun olaraq onların maraqlarına xidmət edib. Yerli əhalinin dini inancı isə İslam dini olub. Qeyd edək ki, “Məçidli lata”, “Məcidli tala “adı ilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində qeydiyyatdadır. Obyekt dövət tərəfindən qorunur. Ərazi abidə mühafizəçiləri tərəfindən daima nəzarət edilir. Səfərimizin ikinci hissəsi Təmirli adlı qədim yaşayayış yerinə baxış keçirmək idi. Təmirli qədim yaşayış yeri Məçidli latadan 1-1.5 km. Şimal – Şərqdə Yeddi bulaq kəndindən 1 km.
Şimalda yerləşir. Ərazidə həyat izlərini müəyyən etmək məqsədi ilə gəzmək mümkün olmadı. Tikanlı otların sıx olması hərəkətimizə imkan vermədi. Bu səbəbdən biz qədim yaşayış yerinin Təmirli adlanması məsələsini və yerli əhalinin ( Xüsusən Elnur müəllimin ) mövzu ilə bağlı fikirlərini qeydə aldıq. Yerli əhalinin məlumatlı şəxslərindən aldığımız informasiyalar bu kənddə Əmir Teymurun olduğu xüsusi olaraq vurğulanır. Bu səbəbdən biz Əmir Teymurun Cəlilabad ərazisində olması ilə bağlı şifahi məlumatları topladıq. Bu məlumatlar bir-birini bağlayır. Hələlik dörd belə məlumat əldə edə bildik. 1) 1392-ci ildə Əmir Teymur Muğan şəhərini hurifiliyin mərkəzi kimi yerlə yeksan edib. 2) Hasıllıda yol ilə keçən Əmir Teymur əhali ilə görüşür… Görüş zamanı əhali bir məçidin tikilməsini xahiş edirlər. Əmir Teymur hasıllıda olan indiki məscidin əsasını qoyur və qısa vaxt ərzində həmin məscid tikilir… 3) ” Böyük Dağ”adlanan yerdə faciənin baş verməsi. 4) Əmir Teymurun öz əli ilə oğlu Miranşahı cəzalandırdığı yer (Fındıqlı kəndinin Şərqi). Burada bir epizod diqqətimizi çəkdi. Əmir Teymur hansı istiqamətə gedirmiş ki, Hasıllıda əhali ilə görüşüb ? Yuxarıda qeyd etdiyimiz kimi Yeddi bulağın şimal hissəsində Tamerlan (yerli əhali həmin kəndi Təmirli adlandırır) adlı qədim yaşayış yeri var. Həmin ərazi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti idarəsinin qeydiyyatındadır ( (Tamerlan qədim yaşayış yeri” kimi). Ərazi Dövlət tərəfindən qorunur. Konkret olaraq, həmin əraziyə nəzarət edən abidə mühafizəçisi də var. Dövlət tərəfindən qorunan digər abidələr kimi Tamerlan yaşayış yeri də vaxtaşırı olaraq yoxlanılır. Əmir Teymur hara gedirmiş ? Əmir Teymur indi Tamerlan (Təmirli) adlanan ərazidə bir müddət istirahət etmək üçün gedirmiş. Hansı ki, ərəblər ora gələn zamanı həmin yeri Gözəllər Gözəli ( Cər-Cəmöl) adlandırıblar. Bu məlumat Elnur müəllimin araşdırmalarında var. Əldə etdiyimiz şifahi məlumatlar bu kəndin Əmir Teymurun adı ilə bağlı olduğuna şübhə yeri qoymur. Bu fikirləri bir yerə toplayıb kəndin adının Əmir Teymurla bağlamağımız xüsusi marağımızdan irəli gəlmir…sadəcə şifahi məlumatların xronoloji ardıcıllığı belə bir nəticəyə gəlməyə əsas verir. Əmir Teymurun tarixi Cəlilibad ərazisində görünməsi həm də iki böyük faciənin də doğru olduğuna şübhə yeri qoymur. 1-ci : Muğan şəhərinin hurifiliyin mərkəzi kimi yerlə yeksan edilməsi ( Şamaxıdan sonra Muğan şəhəri hurifiliyin inkişafında xüsusi rol oynayıb). 2-ci : Tamerlan yaşayış yerinin şimal hissəsində olan dağlardan birnə “Böyük Dağ adının verilməsi. Bu dağ fiziki görkəminə görə böyük və ya hündür dağ deyil. Dağ sıralarında olan adi dağlardan biridir. Dağa verilən “ad” yerli əhaliniyə məxsusdur. Əmir Teymur burada elə bir səhnə qurub ki, əhalinin sinəsinə dağ çəkib… “Böyük dağ”ın Şərq hissəsi isə “Yanığlı siv ” adlanır. Yəni, edam və digər cəza tədbirlərinin keçirildiyi yerin Şimal hissəsində qadın, qoca və uşaqlar toplanıldığı yer olub. Həmin yerdən edam,cəza səhəsinə yana-yana, ağlaşma ilə baxırmışlar… Qız – gəlinin, qoca və uşaqların durduğu yerin “Yanığlı siv “adlandırılması yanmış, yandırılmış siv anlamında deyil. Görünən səhnəni acizanə şəkildə, çarəsiz olaraq, yanan-yana, yazıq-yazıq izləməsindən həmin siv “Yanığlı siv” adlanıb…(Elnur Qoca Türk ). Əlimizdə olan bəzi faktlar haqqında danışdığımız tarixi yerlərin daha qədim dövrlərə aid olduğunu sübut edir. Növbəti məqaləmizdə həmin faktların mahiyyəti və əhəmiyyəti haqqında məlumatlarıımızı oxucularımızın diqqətinə təqdim edəcəyik.
Məqaləni hazırladı : Cəlilabad “Cəlilabad Tarixçilər Birliyi”
Paylaş:
Yuxarı