Тег: xeberler

DİN seçki ilə bağlı videogörüntülərə münasibət bildirdi

Nariman Eliyev - 7 дней тому назад
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Suraxanı rayonundakı seçki məntəqələrindən birində polis əməkdaşlarının məntəqənin daxilində baş verən hadisələrə müdaxiləsini əks etdirən videogörüntülərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Oxu.Az-a bildirib ki, həmin məntəqənin sədri qanunvericiliyin tələbinə uyğun olaraq ərazidə xidmətdə olan polis əməkdaşlarını məntəqəyə dəvət edib:

“Bəli, o görüntüləri biz də izləmişik, Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 8 saylı məntəqədə qeydə alınıb. Araşdırmalarla məlum olub ki, həmin məntəqənin sədri qanunvericiliyin tələbinə uyğun olaraq, ərazidə xidmətdə olan polis əməkdaşlarını məntəqəyə dəvət edib və orada olan müşahidəçinin seçki prosesinə yersiz və əsassız müdaxilə etməsini və seçicilərin normal səs vermələrinə maneələr yaratdığını bildirib.

Bundan sonra polis əməkdaşları məntəqəyə daxil olaraq həmin şəxsi nizam-intizama dəvət edib və ondan məntəqəni tərk etməsini tələb ediblər. Lakin o, polisin qanuni tələblərinə məhəl qoymayıb və müqavimət göstərib. Belə olan halda polislər güc tətbiq etməklə onu məntəqədən kənarlaşdırıb və ciddi xəbərdarlıq ediblər.

Bundan sonra məntəqə sədri həmin şəxsin müşahidəçi statusunda olmasını və polisin artıq xəbərdarlıq etdiyini nəzərə alaraq onun yenidən məntəqəyə daxil olmasına icazə verib.

“Peşəkarlarla işləmək bahalıdır” əfsanəsi

Nariman Eliyev - 7 дней тому назад
2020
16:13

30
41
“Peşəkarlarla işləmək bahalıdır” əfsanəsi
Fəxri Ağayev yazır...

Azərbaycanda biznes sahibləri arasında yayılan “peşəkarlarla işləmək bahalıdır” əfsanəsi var. Biznesimizin üzücü xüsusiyyətlərindən biri də odur ki, avadanlığa, binalara, təmir və mebelə milyonlar xərcləyən biznes sahibləri, idarəçilər və mütəxəssislər məsələsinə gəlincə nədənsə heç bir sahədə ciddi bilik və təcrübəsi olmayan, ancaq “etibar” etdikləri insanlarla işləməyi seçirlər. Bunun əsasını da belə açıqlayırlar ki, onsuz da işim gedir və bahalı mütəxəssisə xərc çəkmək istəmirəm. Həm də kənardan gələn insana etibar edə bilmərəm işlərimi.

Məni idarəçilik sistemlərinin qurulması üçün konsultasiyaya və ya rəhbərliyə dəvət edən biznes sahiblərinə başa salmağa çalışdığım yeganə mövzu budur: biznesdə hər şey insanla başlayır, hər şeyi insanlar həll edir, biznesinizin uzunmüddətli və davamlı uğurları ancaq və ancaq insanlara bağlıdır – buna görə də peşəkarlarla işləyin. Səbəbləri isə çox sadədir.

Peşəkarla işləməyin üstünlüyünü bir nümunədə göstərim. Eyni sahədə işləyən, eyni məhsul istehsal edən və satan iki şirkət düşünün.

Şirkət 1. Şirkət sahibi klassik azərbaycanlı sahibkardır. Lazım olan bütün avadanlıqları, mebeli alıb, təmir işləri görülüb. Şöbə müdirləri və aparıcı mütəxəssislər, əsasən, yaxın çevrədən “yaxşı oğlan”, “bir təhər işi” öyrənər”, “özümüzünküdür” prinsipi ilə seçir.

Şirkət 2. Şirkət sahibi anlayır ki, sahibkar və idarəçi olmaq fərqli rollardır və təbii ki, fərqli funksiyalar deməkdir. Buna əlavə olaraq anlayır ki, şirkət ayrılmaz bir bütövdür və bütün hissələri bir komanda kimi işləməklə bərabər, hər biri həm də ayrı-ayrılıqda maksimum effektiv işləməlidir. İndi isə bu şirkətlərin hər birinin fərqli şöbə və sahələrə görə fəaliyyətlərini gözdən keçirək.

Baş direktor: Şirkət 1. Şirkətin rəhbərliyini şirkət sahibi özü icra edir. Sahibkarlıq və idarəçilik fərqli funksiyalar olduğuna görə adam bir gün sahibkar, bir gün isə idarəçi kimi düşünür. İdarəçilik mövzularında heç bir biliyi olmayan bu insan firma fəaliyyətlərində, adətən, intuitiv-məntiqi şəkildə qərarlar verir.

Şirkətin bütün idarəçiliyi bir şəxsə bağlıdır. Sahibkarlıqla idarəçiliyi eyni anda icra edən və şəxsi həyatında heç bir zamanı və enerjisi qalmayan bu insan artıq şirkətin sahibi deyil – şirkət onun sahibidir.

Gündəlik kiçik və taktiki işlərə zaman xərcləyən bu insan, uzun müddətli və stratejik məsələlərlə məşğul olmağa konsentrasiya ola bilmir. Özü özünə idarəçiliyə görə maaş verməyən bu sahibkar, xərcləri azaltdığını və qənaət etdiyini düşünür.

Şirkət 2. Şirkətin kənardan dəvət edilən və peşəkar idarəçi olan rəhbəri var. Bu insan şirkətdə idarəçilik sistemini qurur və sistemin qurulması üçün lazım olan insanları işə cəlb etməklə bərabər, həm də doğru insanları doğru yerlərə təyin edir.

Motivasiya, insanlarla doğru ünsiyyətin əhəmiyyətini anlayan bu insan səhər işə başlayanda insanları bir neçə cümlə ilə istənilən ağır işin altına göndərə bilməklə bərabər, davranış, disiplin, danışıq və əxlaqı ilə bütün əməkdaşlar üçün canlı nümunədir.

Korporativ standartlar, HR, Marketinq, PR, logistika, insanların inkişafı kimi sözlər ona yad deyil. Əsas məqsədi şirkətdə insanlara və ulduzlaşmış fərdlərə bağlı olmayan idarəçilik sisteminin qurulmasıdır.

Maaş – 3000 AZN

HR – İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ

Şirkət 1. Şirkət daxilində bu şöbəyə “otdel kadr” deyirlər.

Rəhbəri əsl xanım işi istəyən bir xanımdır. İnsanların işə götürülməsi ilə əlaqəli heç bir fəaliyyəti yoxdur, çünki hər şöbə işə götürəcəyi insanların namizədliklərini irəli sürür, direktor da təsdiq verir. Xanımın aldığı maaş maksimum 600 manatdır.

O, özü də fərqindədir ki, onun yerinə istənilən insanı qoysalar, işləyəcək, buna görə də çox səs çıxarmadan, hər kəslə dostca işləyir. İşə götürən imici, peşəkar mütəxəssislərin və istedadlı əməkdaşların şirkətə bağlanması, işçilər üçün sadiqlik proqramları haqqında heç bir fikri yoxdur – o, tapşırıqları yerinə yetirən sadə “otdel kadrdır”.

Şirkət 2. İşin başında peşəkar HR mütəxəssisi var. İşəgötürmə meyarları dəqiqdir. Maksimum sayda insanlar müsahibələrdə dəyərləndirildikdən sonra qərar şöbə rəhbəri ilə birlikdə şəffaf meyyarlara görə verilir. Firmada işləyən hər insan üçün karyera planı hazırlanır.

Hər əməkdaşla il sonunda şəxsi görüşlər keçirilir və nəticələr birbaşa baş direktora təqdim edilir. İşə götürülən insanların adaptasiya planı və proqramı var. Şirkətdə təlim mərkəzi fəaliyyət göstərir və ayda ən az bir dəfə müxtəlif mövzularda təlimçilər şirkətə dəvət edilir. Bu mütəxəssisin aldığı maaş 1500 manatdır.

MARKETİNQ, REKLAM və PR

Şirkət 1. Marketinq rəhbəri ali təhsilli gənc və yaxın bir tanışın oğludur. Təbii ki, yaxşı oğlandır. Bu şirkətdə marketinq anlayışı çox sadədir: reklam elə olmalıdır ki, satış olsun.

PR – internet saytlara məqalələrin verilməsidir. Şirkətin uzunmüddətli imici, brend, müştəri sadiqlik proqramları kimi sözlər bu şirkətdə gülümsəmə doğurur.

Maaş – 500 AZN

Şirkət 2. Bu şirkət marketinqin olduqca mürəkkəb və çox vacib olduğunu anlayır. Şirkətdə “bu gün satım və gəlirim kassaya daxil olsun” anlayışı yoxdur. İllik, rüblük marketinq, reklam və PR planları və büdcələri var şirkətin. Marketinq rəhbərinin işi ancaq telekanallara və ya sosial şəbəkələrə reklamın verilməsi deyil – o, şirkətin rəqiblərini analiz edir, texnoloji yenilikləri təqib edir, yeni və yaradıcı kampaniyalar təklif edir, reklamların və marketinq fəaliyyətlərinin effektivliliyini ölçür, daim ölkənin aparıcı marketoloqları ilə ünsiyyətdədir, satış komandası ilə sıx əməkdaşlıq edir, şirkətin uzunmüddətli və etibarlı brendinin qurulması üzərində planlaşdırılan fəaliyyəti icra edir, mətbuatla daimi və sağlam ünsiyyətdədir, müştərinin psixologiyasını bilir və öz müştərisi ilə daim tədqiqatlar aparır.

Maaşı – 1500 AZN

MALİYYƏ

Şirkət 1. Maliyə direktoru yoxdur. Mühasib yoxdur – yəni əsl mühasib yoxdur. Olan xəzinədardır – pul qəbul edən və pul verən. Əsas hesablar sahibkarın dəftərində və beynində çox ümumi şəkildə aparılır.

Xəzinədarın maaşı 700 AZN

Şirkət 2. Şirkətin maliyyə direktoru var. Şirkətdə illik büdcələr hazırlanır, şirkət bir növbəti il üçün fəaliyyət, satış, gəlir, xərclər və mənfəətini planlaşdırır və hazırlayır. Bütün məhsulların maliyyəti hesablanır və xərclərin optimizasiyası üzərində daim iş gedir.

Maliyə direktorunun aldığı maaş 1500 AZN

SATIŞ

Şirkət 1. Satış müdiri beş il öncə işə başlayan və satıcılar arasında ən “yaxşısı” olanlardan seçilib.

Şirkətlərin aldığı ən təhlükəli qərarlardan biri də bu kimi qərardır, çünki “yaxşı satıcı” qətiyyən “yaxşı satış müdiri” demək deyildir və bəzən də tam tərsidir. “Satıcı” və “Satış müdiri” arasında yerlə göy qədər fərq var, funksiyalar, kompetensiyalarda. Nəticədə, belə bir qərar nəticəsində şirkət iki zərbə alır: yaxşı satıcısını itirir və pis satış müdiri əldə edir.

Yaxşı satıcı olan, amma idarəçiliyi bilməyən bu şəxs insanları ətrafında toplamaq, həvəsləndirmək, müştərilərlə problemləri idarəçi kimi həll etməklə bağlı məqamları bilməməklə bərabər, həm də güclü satıcıları özünə rəqib olaraq görür və onları fərqli səbəblərlə və bəhanələrlə işdən uzaqlaşdırır.

Maaş 1500 AZN.

Şirkət 2. Yenə də satıcılar arasında seçilən, amma idarəçiliyə meyilli olan, idarəçi olaraq yetişdirilən, müştəri psixologiyasını, idarəçiliyin əsaslarını, insanlarla ünsiyyət qurmağı, komandanı böyük məqsədlər uğrunda birləşdirməyi, müştərilərə ən vacib şirkət sərmayəsi kimi baxan, güclü satıcıları özünə rəqib görməyən, daim tabeçiliyində olan əməkdaşları inkişaf etdirən bir insandır.

Maaş 1500 AZN.

İndi isə gəlin bu şirkətlərin ümumi təhlilini aparaq.

Şirkət 1 ilə Şirkət 2 arasında əsas fərqlər bunlardır :

– Uzunmüddətli davamlı inkişaf;

– Korporativ standartların olması;

– Şirkətin böyüməsi ilə bərabər inkişaf etməsi;

– Güclü işəgötürən imici və nəticədə, bazardan ən yaxşı mütəxəssislərin cəlb edilməsi;

– Maliyyə nəzarətinin güclü olduğu və beləliklə, maddi itkilərin olmaması;

– Marketinq, reklam və PR fəaliyyətlərinin sistemli və uzunmüddətli məqsədlərə görə aparılması və maksimum effektiv olması;

– Hər müştərinin qayğısına qalan insanların olması;

– Hər əməkdaşın maksimum effektiv olması;

– İşin və idarəçiliyin şəxslərə bağlı olmaması və sistemin işləməsi;

– Ən əsası, hər istiqamətdə işin rəhbərliyində şirkət direktorunun tapşırıqlarını gözləyən səssiz icraçılar yerinə, işi maksimum effektiv şəkildə idarə edə bilən komanda.

Rusiya XİN: “Azərbaycanlı dostlarımızı seçkilərin uğurla keçirilməsi münasibətilə təbrik edirik”

Nariman Eliyev - 8 дней тому назад
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini şərh edib.

Oxu.Az xəbər verir ki, həmin şərh nazirliyin rəsmi saytında yerləşdirilib.

Qeyd edilir ki, fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyasından alınan ilkin məlumata görə, Prezident İlham Əliyevin rəhbərlik etdiyi hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkilərdə liderdir.

1314 namizəd 125 yer uğrunda mübarizə aparıb ki, bu da 2015-ci ildəki son parlament seçkilərindən iki dəfə çoxdur. Seçkilərdə 19 siyasi partiyadan 246, təşəbbüs qruplarından 11 və bitərəf olan 1057 namizəd iştirak edib. Seçicilərin fəallığı 47,81% olub, səsvermədə 2 milyon 547 min 982 nəfər iştirak edib.

Seçkiləri çoxsaylı yerli (77 mindən çox) və xarici (883) müşahidəçi, o cümlədən Rusiyadan olan müşahidəçilər qrupu izləyiblər. MDB və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçiləri seçkilərin milli qanunvericiliyin tələblərinə uyğun keçirildiyini və vətəndaşların səsvermə hüquqlarının kobud şəkildə pozulması hallarının aşkar edilmədiyini bildiriblər.

Rusiya XİN təəssüflə qeyd edir ki, DTİHB, ATƏT və Avropa Şurası Parlament Assambleyalarından olan müşahidəçilər qərəzli və subyektiv yekun qiymətləndirmələr aparıblar:

“Azərbaycanlı dostlarımızı seçkilərin uğurla keçirilməsi münasibətilə təbrik edirik və bildiririk ki, bu seçki Azərbaycan rəhbərliyinin ölkənin ictimai-siyasi həyatının demokratikləşməsinə və modernləşdirilməsinə yönəlmiş islahatlarına əhalinin dəstəyini göstərir.

İlham Əliyev parlament seçkilərinin nəticələrindən danışdı: “Hər kəs reallıqla barışmalıdır” - YENİLƏNİB

Nariman Eliyev - 8 дней тому назад
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da MDB İcraiyyə Komitəsi müşahidə missiyasının rəhbəri, Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib:

- Xoş gəlmisiniz. Bu dəfə siz müşahidə missiyası ilə buradasınız. Çox şadam ki, Dövlət Duması geniş tərkibdə təmsil olunub, həmçinin MDB-dən çoxlu müşahidəçi var. Ümumilikdə, bu il seçkiləri 800-dən çox beynəlxalq müşahidəçi izləyir, çoxlu sayda beynəlxalq nümayəndələr var. Düşünürəm ki, sizin həm prosesi, həm də səsvermə gününü izləmək üçün bütün imkanlarınız olub. Bizi müdafiə və bu prosesdə iştirak etdiyinizə görə bir daha sağ olun.

MDB İcraiyyə Komitəsi müşahidə missiyasının rəhbəri Leonid Kalaşnikov deyib:

- İlham Heydər oğlu, sağ olun. Bizə vaxt ayırdığınıza görə Sizə təşəkkürümüzü bildiririk. Sizinlə öz təəssüratlarımızı məmnuniyyətlə bölüşmək istəyirik. Mən və yoldaşlarım dünən onlarla seçki məntəqəsində olduq. Biz gördük ki, seçkilər həm rəqabət şəraitində, həm şəffaf, həm də demokratik keçdi. Biz Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşdük. Dünən MDB-nin bəyanatı qəbul edildi. Böyük missiyadır, orada bir neçə ölkə, İcraiyyə Komitəsi, Parlamentlərarası Assambleya var. Zənnimizcə, hər şey ədalətli, şəffaf və demokratik keçdi. Mən çox gözəl anlayıram ki, bir çox digər beynəlxalq təşkilatlar var. Biz onlarla da görüşdük. Mən AŞPA-dan təzəcə qayıtmışam, orada Sizi tez-tez xatırlayırlar. Biz beynəlxalq parlament təşkilatlarında da işimizi davam etdirəcəyik. Yəqin ki, orada Sizin fəxr edəcəyiniz nəticə var. Bu gün səhər mən bir neçə beynəlxalq müşahidəçinin rəyini gördüm. Hamı obyektiv olaraq seçkilərin çox uğurlu keçdiyini deyir.

Prezident İlham Əliyev: Sağ olun. Gəldiyiniz və bu vacib prosesdə iştirak etdiyiniz üçün sağ olun. Bu, əlbəttə, bizim 2018-ci ildə prezident seçkilərindən sonra elan etdiyimiz islahatların davamıdır və onları ardıcıl olaraq həyata keçiririk. Hər şey Azərbaycanın dayanıqlı inkişafının təmin olunmasına və demokratik proseslərin genişlənməsinə yönəlmiş ümumi inkişaf strategiyası çərçivəsində gedir. Buna görə də həyata keçirilən struktur islahatları, o cümlədən kadr islahatları da bir məqsədə xidmət edir: biz yerimizdə saymayaq. Çünki müvəffəqiyyətlərdən arxayınlaşmaq olmaz.

Ötən illər ərzində böyük nailiyyətlər əldə olunub. Lakin həyat öz şərtlərini diktə edir. Dünyada, bizim regionda, iqtisadi sahədə şərait dəyişir, yeni çağırışlar meydana çıxır. Ona görə biz buna hazır olmalıyıq və vaxt itirməməliyik. Bu səbəbdən hökumətin, Prezident Administrasiyasının, mərkəzi və yerli hakimiyyət orqanlarının yenilənməsi, kadr islahatları parlamentdən yan keçə bilməzdi. Xüsusən də mahiyyətcə, seçkiləri bir neçə ay irəli çəkməklə biz vaxta qənaət etdik. Çünki onsuz da yay aylarında parlament tətildə olur, sonra qayıtdıqda yenidən seçkilər başlayır. Çalışdıq ki, maksimum açıq seçkilər keçirək və ona görə də müşahidəçiləri, o cümlədən, düzünü desək, obyektiv qiymət gözləmədiyimiz müşahidəçiləri də dəvət etdik.

Azərbaycanda keçirilən seçki kampaniyalarının təcrübəsinə əsasən deyə bilərəm ki, biz həmişə qərəzli münasibət görmüşük. Bununla belə, hesab edirik ki, bizim gizlədəcəyimiz heç nə yoxdur. Biz çoxlu sayda müşahidəçi dəvət etdik, gələnlərin hamısına minnətdarıq. Ona görə də son nəticədə nə yazılacağından və onları hansısa fikirləri səsləndirməyə məcbur edəcəklərindən asılı olmayaraq, hər halda onların hər birində həm ölkəmiz, həm insanlarımız, həm də seçki prosesi haqqında rəy formalaşacaq. Bu baxımdan Dövlət Dumasının nümayəndə heyətinin bu tərkibdə prosesdə iştirak etməsi bizim üçün çox qiymətlidir. Əlbəttə, MDB və digər beynəlxalq təşkilatların nümayəndə heyətləri də var. Ona görə də düşünürəm ki, başlıcası Azərbaycan xalqının nəticələrdən razı qalmasıdır. Çünki bizim üçün əsas məsələ bu idi ki, insanlar kimə səs verəcəklərini və kimə etimad göstərəcəklərini seçə bilsinlər. Bu etimadın səviyyəsi çox yüksəkdir.

Ümumilikdə, 1300-dən çox namizədin olması seçkilərə etimadın göstəricisidir. Bu isə görünməmiş saydır. Əgər onlar seçkilərə inanmasaydılar, öz namizədliklərini verməzdilər və bu qədər vaxt sərf etməzdilər. Mənə həm dünən, həm də bu gün məruzə etdilər ki, proses, ümumilikdə, sakit keçib və heç bir gözlənilməz hal olmayıb. Ona görə də kimsə qalib gəlir, kimsə məğlub olur. Hər kəs reallıqla barışmalıdır. Reallıqlar belədir ki, şərait yaradılıb, maksimum şəffaflıq təmin edilib. Həm də gözlənilməz çətin hava şəraitinə baxmayaraq, Azərbaycan vətəndaşları səs verdilər. Düşünürəm ki, seçki fəallığı da yaxşı olub. Hərçənd başlıca olan bu deyil, əsas odur ki, xalqın seçəcəyi insanlar məsuliyyət hiss etsinlər. Bilsinlər ki, əgər yenə də seçilmək istəyirlərsə, onda dairələrdə iş aparmalıdırlar. Bax bu, keçmiş parlamentdə çatışmırdı. Buna görə də parlamentin bir çox keçmiş üzvü dairələrdə işləmədikləri üçün seçkilərdə iştirak etmədi.

Azərbaycan XİN beynəlxalq seçki müşahidə missiyasına cavab verdi

Nariman Eliyev - 8 дней тому назад
“ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyasının (BSMM) 9 fevral 2020-ci il tarixində keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı ilkin qənaətləri barədə bəyanatı ilə tanış olduq”.

Oxu.Az xəbər verir ki, bu Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Azərbaycan Hökuməti məmnuniyyətlə qeyd edir ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün dəvət olunan bütün beynəlxalq təşkilatlar, o cümlədən BSMM-nin tərkibində birləşən təsisatlar dəvəti qəbul edərək seçkilərdə müşahidə missiyası ilə iştirak ediblər. Azərbaycan tərəfinin dəvətini qəbul edərək seçki prosesində müşahidə missiyaları ilə təmsil olunan və bu dövrdə Azərbaycanın aidiyyəti qurumları ilə əməkdaşlıq edən bütün beynəlxalq təşkilatlara öz təşəkkürümüzü bildiririk.

BSMM-in ilkin qənaətlər bəyanatında namizədlərin qeydiyyatı prosesinin əhatəliliyi, seçki prosesinin yaxşı idarə olunması, Mərkəzi Seçki Komissiyasının fəaliyyətində şəffaflıq kimi müsbət məqamların, eləcə də çoxsaylı məcburi köçkünlərin ortaya çıxmasına səbəb olmuş Ermənistan ilə münaqişə ilə əlaqədar, Azərbaycanın nəzarətindən tam və qismən kənar olan 10 seçki dairəsində seçkilərin təşkilinin mümkünsüzlüyünün, məcburi köçkünlərin seçki hüququnun təmin olunması sahəsində əhəmiyyətli addımların atılmasının təsbit olunmasını təqdir edirik.

BSMM-in bəyanatında çatışmazlıqlar kimi təqdim edilən məqamların bəziləri ilə razı olmasaq da, onların əsasən prosedur və təşkilati səciyyəli olduğundan qeyd götürürük. Mərkəzi Seçki Komissiyasının sədrinin artıq bəyan etdiyi kimi, iddia olunan və özünü biruzə verən pozuntular müfəssəl şəkildə araşdırılacaq və qanun çərçivəsində bütün zəruri tədbirlər həyata keçiriləcəkdir.

Habelə qeyd edirik ki, BSMM-in bəyanatında öz əksini tapmış məsələlər, eləcə də 2 ay sonra ATƏT/DTİHB tərəfindən dərc ediləcək yekun hesabat Azərbaycan hakimiyyət qurumları tərəfindən ətraflı şəkildə təhlil ediləcəkdir.

Bir daha bəyan edirik ki, bu seçkilər Azərbaycan xalqının iradəsini ifadə edir və ölkəmizin demokratik inkişafı yolunda növbəti uğurlu addımdır.

Rövnəq Abdullayev: “SOCAR-ın dəstəyi ilə Gürcüstan ali məktəblərində təhsil alan azərbaycanlıların sayı artıb”

Nariman Eliyev - 8 дней тому назад
“Gürcüstan Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, ən yaxın və qardaş ölkədir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Tbilisidə Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda yaşayan azərbaycanlıların həyat şəraitinin yaxşılaşdırılması üçün qarşıya məqsəd qoyub:

“Azərbaycan Gürcüstanda biznes və investisiya sahəsində layihələr həyata keçirməklə yanaşı, yerli azərbaycanlıların inteqrasiyasına da dəstək verir”.

R.Abdullayev deyib ki, əvvəlki illərdə Gürcüstanın ali məktəblərində təhsil alan yerli azərbaycanlıların sayı 17 nəfər təşkil edirdisə, hazırda bu tələbələrin sayı 3000-ə çatıb:

“Bu da SOCAR-ın həmin tələbələrin təhsilinə göstərdiyi dəstəyin sayəsində mümkün olub. Təqaüd əsasında təhsil alan gənc mütəxəssislər hazırda nəinki Gürcüstan ictimaiyyətində, hətta ölkənin siyasi arenasında da fəal iştirak edirlər. Sevindirici haldır ki, Marneuli rayonunun icra başçısı Zaur Darğallı da həmin gənclərin arasında olub”.

Onun sözlərinə görə, bu gün Gürcüstanda gürcü dili və ingilis dilini bilən kifayət qədər yerli azərbaycanlı mütəxəssislər var:

Daha bir erməni təxribatının qarşısı alındı

Nariman Eliyev - 8 дней тому назад
oxu.azKateqoriyalar
10 Fev
2020
20:13

11
17
Daha bir erməni təxribatının qarşısı alındı
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bu günlərdə Küveyt Universitetində təşkil olunan sərgi çərçivəsində Ermənistan tərəfinin təxribata əl atdığı barədə məlumatla bağlı mətbuatın sorğusunu cavablandırıb.

Leyla Abdullayeva bununla bağlı deyib:

“Fevralın 9-da Küveyt Universitetinin Neft və mühəndislik fakültəsi tərəfindən təşkil olunan mədəniyyət festivalının açılışı olub. Əsasən universitetdə təhsil alan tələbələrin təmsil etdiyi 30-a yaxın dövlətin səfirliyinin, o cümlədən Azərbaycanın Küveytdəki səfirliyinin qatıldığı bu festival çərçivəsində ölkəmizin mədəniyyəti, turizm imkanları və s. barədə məlumatlar, nəşrlər, suvenirlər təqdim olunub. Festivala ölkəmizin Küveytdəki səfirliyinin əməkdaşları ilə yanaşı, “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin üzvləri qatılıblar.

Ermənistan stendində bu ölkənin səfirliyi tərəfindən Azərbaycana qarşı təxribat törədilərək, ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz qurumun təşviq edilməsi cəhdi aşkarlanıb. Səfirliyimizin əməkdaşlarının məsələ ilə əlaqədar müdaxiləsindən sonra Ermənistan stendindəki saxta “xəritələr” aradan qaldırılıb və universitetin rəhbərliyi baş vermiş insidentə görə Azərbaycan tərəfindən üzr istəyib.

Onlar üçüncü dəfə seçildi: Rəqəmlər nə deyir? - SİYAHI

Nariman Eliyev - 8 дней тому назад
Ötən gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərin nəticələri onu deməyə əsas verir ki, bəzi deputatlar artıq üçüncü dəfə Milli Məclisdə öz yerlərini tutacaqlar.

Oxu.Az təkrar seçilən bir neçə namizədin son üç parlament seçkisində topladıqları səs faizlərini, bu illər ərzində ictimaiyyətin yaxından tanıdığı deputatlara xalqın etimad faizini müqayisə edib:

10 il əvvələ qayıdıb seçki nəticələrinə nəzər salaq.

Belə ki, 2010-cu ildə respublika üzrə seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayı 4 milyon 928 min 594 nəfər olub. Səsvermədə iştirak edən seçicilərin sayı isə 2 milyon 442 min 365 nəfər təşkil edib. Həmin il 125 dairə seçki komissiyası təşkil olunub. Yekunda 46 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız hesab edilib. Ümumilikdə 2010-cu ildə seçkilərdə 33 partiya və 690 namizəd iştirak edib.

Beş il sonra, yəni 2015-ci ildə keçirilən növbəti parlament seçkilərində seçicilərin ümumi sayı 5 milyon 211 min 765 nəfər olub. Səsvermədə iştirak edən seçicilərin sayı isə 2 milyon 894 min 515 nəfər təşkil edib. Həmin il 125 dairə seçki komissiyaları təşkil olunub. Səsvermənin nəticələri etibarsız hesab edilmiş 58 seçki məntəqəsi müəyyən edilib. Ümumilikdə 2015-ci ildə seçkilərdə 769 namizəd iştirak edib.

2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində seçicilərin ümumi sayı 5 milyon 329 min 460 nəfər olub. Ölkə üzrə seçkidə ümumilikdə 2 milyon 547 min 982 seçici iştirak edib. Səsvermə 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçirilib. Ümumilikdə, 2020-ci ildə seçkilərdə 2431 nəfər namizədliyini irəli sürüb. Deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən seçki gününə qədər 321 nəfəri deputatlığa namizədliyini geri götürüb, MSK tərəfindən isə iki nəfərin deputatlığa namizədliyini ləğv edilib. Yekun olaraq parlament seçkilərində 1314 nəfər deputatlığa namizəd mübarizə aparıb.

2010-cu il üzrə namizədlərin topladıqları səs faizləri:

26 saylı Sabunçu birinci seçki dairəsi - Mustafa Fazil Qəzənfər - 51.89%

23 saylı Nəsimi-Səbail seçki dairəsi - Səmədzadə Ziyad Əliabbas - 76.23%

93 saylı Bərdə şəhər seçki dairəsi - Orucov Zahid Məhərrəm - 82.89%

60 saylı Salyan-Neftçala seçki dairəsi - Ağamalı Fəzail Rəhim - 50.87%

8 saylı Binəqədi birinci seçki dairəsi - Əsədov Oqtay Sabir oğlu - 82.56%

99 saylı Şəmkir kənd seçki dairəsi - İbrahimqızı Məlahət İbrahim - 66.32%

116 saylı Qəbələ Seçki dairəsi - Heydərov Fəttah Səməd - 78.61%

33 saylı Xətai Birinci Seçki dairəsi - Mirələmov Hüseynbala Fazil - 65.33%

20 saylı Nərimanov İkinci Seçki dairəsi - Əliyev Adil Abış - 62.17%

10 saylı Binəqədi Üçüncü Seçki dairəsi - Musayev Madər Əliəsgər - 76.51%

74 saylı Lənkəran Kənd Seçki dairəsi - Rəcəbli Hadı Musa - 69.28%

2015-ci il üzrə namizədlərin topladıqları səs faizləri:

26 saylı Sabunçu birinci seçki dairəsi - Mustafa Fazil Qəzənfər - 53.4%

23 saylı Nəsimi-Səbail seçki dairəsi - Səmədzadə Ziyad Əliabbas - 74.7%

93 saylı Bərdə şəhər seçki dairəsi - Orucov Zahid Məhərrəm - 71.8%

60 saylı Salyan-Neftçala seçki dairəsi - Ağamalı Fəzail Rəhim - 69.2%

8 saylı Binəqədi birinci seçki dairəsi - Əsədov Oqtay Sabir oğlu - 84.2%

99 Şəmkir kənd seçki dairəsi - İbrahimqızı Məlahət İbrahim - 74.8%

116 saylı Qəbələ Seçki dairəsi - Heydərov Fəttah Səməd - 80.6%

33 saylı Xətai Birinci seçki dairəsi - Mirələmov Hüseynbala - Fazil - 70,8%

20 saylı Nərimanov ikinci seçki dairəsi - Əliyev Adil Abış - 65,6%

10 saylı Binəqədi üçüncü seçki dairəsi - Musayev Madər Əliəsgər - 78,1%

74 saylı Lənkəran kənd seçki dairəsi - Rəcəbli Hadı Musa - 69.3%

Deputatlığın göz qamaşdıran üstünlükləri: Şahid kimi ifadə vermir, silah gəzdirir, beş illik sığortalanır

Nariman Eliyev - 13 дней тому назад
10131
2009
Audio
Deputatlığın göz qamaşdıran üstünlükləri: Şahid kimi ifadə vermir, silah gəzdirir, beş illik sığortalanır
Fevralın 9-da Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

Qanunverici orqana keçiriləcək seçkilərdən sonra 125 nəfər deputat mandatı qazanacaq.

Oxu.Az deputat statusu daşıyan şəxslərin üstün imtiyazları ilə bağlı araşdırma aparıb.

Deputatların fəaliyyətləri, onlara verilən hüquq və imtiyazlar ilk növbədə Konstitusiya ilə tənzimlənir.

Ən əsası – toxunulmazlıq

Konstitusiyanın 90-cı maddəsinə görə, Milli Məclisin deputatları toxunulmazlıq hüququna malikdirlər.

Deputatlar səlahiyyət müddəti ərzində cinayət başında yaxalanmaq hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə, tutula, barələrində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə, axtarışa məruz qala, şəxsi müayinə edilə bilməzlər.

Əgər deputat cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda Milli Məclisin deputatını tutan orqan bu barədə dərhal Baş prokurora xəbər verməlidir.

Deputatın toxunulmazlığına yalnız Baş prokurorun təqdimatına əsasən, Milli Məclisin qərarı ilə xitam verilə bilər.

Konstitusiyanın 91-ci maddəsində yazılıb ki, deputatlar Milli Məclisdəki fəaliyyətinə, sesverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.

Deputatlar şahid kimi dindirilə bilməz

“Deputat statusu haqqında” qanun isə qanunverici hakimiyyətdə təmsil olunan millət vəkillərinin səlahiyyətlərini və vəzifələrini müəyyən edir. Eyni zamanda, deputatlıq fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi və sosial təminatları nəzərdə tutur.

Deputatların Milli Məclisin və onun orqanlarının iclaslarında iştirak etmək, parlamentin orqanlarına seçmək və seçilmək səlahiyyəti var.

Həmçinin, onlar qanunvericilik təşəbbüsünü həyata keçirmək, deputat sorğusu vermək, məlumat almaq və yaymaq, vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək səlahiyyətlərinə malikdirlər.

Deputatlar Konstitusiya ilə müəyyən edilmiş hallarda şahid qismində ifadə verməkdən imtina edə bilərlər.

Deputatlar qanunla hərbi çağırış və hərbi toplanışdan azad olunurlar.

Deputat sorğusu

Deputatlar öz səlahiyyətləri çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, məhkəmə hakimiyyəti orqanlarına, Baş prokurora və ona tabe olan prokurorlara, yerli özünüidarə orqanlarına və onların vəzifəli şəxslərinə, Mərkəzi Bankın İdarə Heyətinə, Hesablama Palatasına sorğu verə bilər.

Deputat sorğusu deputat tərəfindən fərdi qaydada və ya parlamentin iclaslarında yazılı şəkildə verilir. Sonuncu halda deputat sorğusu Milli Məclisin iclasına sədrlik edən və ya sorğunu verən deputat tərəfindən oxunur.

Müvafiq orqanlar və ya vəzifəli şəxslər deputat sorğusuna bir ay müddətində rəsmi surətdə yazılı cavab verməlidirlər.

Silahla da gəzə bilərlər

“Deputat statusu haqqında” qanunun 12.1-ci maddəsinə əsasən, deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ var. Zəruri hallarda onun təhlükəsizliyi təmin edilir.

Həmin qanunun 14-cü maddəsində isə qeyd olunub ki, deputat mərkəzi və yerli icra hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının, prokurorluq orqanlarının, yerli özünüidarə orqanlarının, dövlət müəssisələrinin, idarələrinin və təşkilatlarının vəzifəli şəxsləri tərəfindən təxirə salınmadan qəbul edilməlidir.

Diplomatik pasporta malik olan deputatlara Azərbaycan ərazisində dövlət mülkiyyətində olan dəmir yolu, hava, avtomobil, su nəqliyyatında, gediş-gəliş sənədlərini növbədənkənar əldə etmək hüququndan istifadə hüququ tanınır.

Deputatlıq fəaliyyəti ilə bağlı Bakı şəhərinin hüdudlarından kənara gedən deputat nəqliyyat vasitəsi ilə təmin edilir.

Deputat mənzili

Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil verilir. Bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Milli Məclisin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir.

Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında daimi yaşayan və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan deputatın mənzil şəraiti qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaxşılaşdırılır.

Deputatın daimi yaşadığı yer telefonla təchiz edilir.

Bəs maaşlar?

Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komitə və komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır.

Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.

Milli Məclis tətilə buraxıldığı vaxt deputata məzuniyyət verilir.

Məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.

Qeyd edək ki, Milli Məclisin sədri 2475 manat, Milli Məclis sədrin I müavini 2227 manat, Milli Məclis sədrinin müavini 2103 manat, Milli Məclisin komitə sədri 1980 manat, komitə sədrinin müavini 1856 manat, sıravi deputat isə 1732 manat maaş alır.

Sığortalanırlar

Deputatın sığortaçısı dövlət sığorta orqanıdır. Hər bir deputat onun 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir.

10 yaşlı Nərminin öldürülməsi barədə anonim səs yazısı istintaqa təhvil verilib

Nariman Eliyev - 13 дней тому назад
Tovuz rayonu, Dondar Quşçu kəndinin 10 yaşlı sakini Nərmin Quliyevanın qətli ilə bağlı “YouTube”da yayılan səs yazısı əməliyyat istintaq qrupuna təhvil verilib.

Bu barədə Oxu.Az-a Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Qeyd edək ki, internetdə yayılan səs yazısında anonim müəllif qızın qətlində bu hadisə ilə bağlı tutulan 47 yaşlı İlkin Süleymanovun deyil, həmkəndlisi A.A.-nın günahkar olduğunu deyir.

Anonim müəllif qeyd edir ki, kənd sakinlərinin 80 faizi bunu bilir, lakin qisasdan qorxduqları üçün susurlar. Onun sözlərinə görə, həmin şəxsin qardaşı və kürəkəni daxili işlər orqanlarında xidmət edir və yüksək vəzifə tuturlar.

Anonim müəllif qızın nənəsigilə gedəndə A.A. tərəfindən qaçırıldığını və qurbanı boş bir evin zirzəmisində saxlanıldığını deyib. Onun iddiasına görə, sonradan həmin yerdə qızın qan izlərinə rast gəlinib. O, həmçinin oğurlanan qıza təcavüz edildiyini iddia edir.

Daha sonra mənbə qətlə yetirilən Nərminin cəsədinin A.A. tərəfindən yandırdığına şahid olan kəndlilərin olduğunu deyir və onların konkret adlarını çəkir.

Baş Prokurorluq səs yazısının araşdırılmalı olduğunu bildirərək, bu məlumatı hələ şərh etməyib.

Dəm qazından zəhərlənmələrin qarşısını necə alaq?

Nariman Eliyev - 13 дней тому назад
Havaların soyuması nəticəsində əhali mənzillər isti olsun deyə qapı və pəncərələri bağlı saxlayırlar. Bu isə nasaz qaz cihazlarının istismarı zamanı və ya tüstü bacalarının normal işləmədiyi hallarda dəm qazından zəhərlənmə hallarının baş verməsinə səbəb olur.

Dəm qazından zəhərlənmələrin qarşısını almaq üçün nə etmək lazımdır? Bu təhlükədən qorunmaq üçün hansı tədbirlərin görülməsi vacibdir?

Oxu.Az-ın bu və digər suallarını Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev cavablandırıb.

Onun sözlərinə görə, dəm qazından zəhərlənmənin bir neçə əsas səbəbləri var:

“Dəm qazından zəhərlənmədən qorunmaq üçün qış mövsümü başlamazdan əvvəl mütəxəssislər tərəfindən sobalara baxış keçirilməli, tüstü bacalarının sazlığı və işə yararlı olması yoxlanılmalı, yalnız bundan sonra cihaz istismar edilməlidir.

Əsasən yol verilən səhvlər bunlardır:

- standarta uyğun olmayan və kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi;

-suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması, bu zaman duş qəbul edən şəxsi nəzarətdə saxlamaq və tez-tez maraqlanmaq vacib şərtdir;

- yanacağa yanma üçün lazımı miqdarda havanın daxil olmaması;

- tüstü çıxarıcı boruların və tüstü bacasının yaxşı işləməməsi;

- sobanın və tüstü çəkən bacanın nasaz vəziyyətdə olması;

- sobada və borularda çatların və nasazlıqların olması.

Dəm qazından zəhərlənmə halı həm də yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə, ağzı bağlı kabinədə uzun müddət qaldıqda da baş verə bilər. Mənzillərdə isə dəm qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında baş verir.

Kimyəvi adı karbon monooksid olan dəm qazı yanacaq məhsullarının natamam yanması nəticəsində əmələ gəlir. Bu qaz iysiz və rəngsiz olduğundan hiss edilmir. Məhz bu səbəbdən də zəhərlənmə sezdirilmədən və tez bir zamanda baş verir, xilas üçün atılacaq hər hansı bir addıma zaman qalmır. Qapalı şəraitdə daha da təhlükəli olur”.

Elnur Babayev bildirib ki, quraşdırılan hər bir məişət qaz qızdırıcısı standarta uyğun olmalı, onların təhlükəsizlik qurğuları daim saz vəziyyətdə olmalı və istifadəsi zamanı müəyyən olunmuş təhlükəsizlik qaydalarına tam riayət edilməlidir:

“Belə ki, nasaz sobalardan və tüstü borularından istifadə etmək olmaz. Havaçəkən sistem işləməli, nəfəslik açıq olmalıdır. Hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalıdır. Tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Tüstü boruları binaların dam örtüyünün xarici səthindən ən azı 70 sm hündürlükdə olmalıdır. Sobaların korpusunda və tüstü borularında çatlar olmamalı, tüstü borularının təmizlənməsi qış mövsümü başlanmazdan əvvəl həyata keçirilməlidir.

Tüstü bacası normal işləmədikdə, təkcə dəm qazından zəhərlənmə halı deyil, həm də yanğın baş verir. Məlumdur ki, əksər hallarda otel, restoran, xəstəxana, məktəb və digər mətbəxi olan müəssisələrin tüstü bacalarında yağlı təbəqə əmələ gəlir. Bu yağlar bacaların şaquli və üfiqi kanallarında və mühərriklərin üzərində yığılır. Həmin yağlar çox yüksək yanma qabiliyyətinə malikdir. Ani qığılcım çox böyük yanğına səbəb olur və sürətlə yayılır. Yanğın zamanı bacanın içərisində temperatur 800 dərəcə selsiyə qədər çatır. Bu istilik bacanın yaxınlığında olan digər yanan materialları da alovlandırır və yanğın qısa bir zamanda bütün binaya yayıla bilir”.

Şöbə rəisi onu da əlavə edib ki, dəm qazı ilə zəhərlənən insan əksər hallarda öz-özünə kömək edə bilmir:

“Mənzildə soba və suqızdırıcılarını quraşdırarkən mütləq yerli qaz idarəsinin mütəxəssisləri ilə məsləhətləşin. Bu sahədə naşı olan insanların xidmətindən istifadə etməyin. Tüstü borusu olmayan sobaları almayın. Boru olmadıqda və otaq mütəmadi havalandırılmadıqda orada mütləq dəm qazı yaranır. Dəm qazı ilə zəhərlənən insan əksər hallarda özü-özünə kömək edə bilmir.

Qaz cihazlarından təlimata uyğun düzgün istifadə edilməməsi səbəbindən insan itkisi və xəsarət alması ilə nəticələnən partlayış, yanğın, zəhərlənmə kimi bədbəxt hadisələrin baş verməməsi üçün aşağıdakı təhlükəsizlik qaydalarına əməl etmək vacibdir:

- Yanğın, partlayış və dəm qazından zəhərlənmə kimi fövqəladə halların baş verməməsi üçün obyektlərdə və yaşayış sahələrində standartlara uyğun olmayan qaz cihazlarından istifadə etmək qadağandır!

- Hər bir məişət qaz cihazının təhlükəsizlik qurğuları daim saz vəziyyətdə olmalı və onlardan istifadə zamanı müəyyən edilmiş təhlükəsizlik qaydalarına tam riayət edilməlidir!

- Müəyyən məqsədlər üçün qaz cihazlarından qurğu və aqreqatların, hissələrin çıxarılmasına yol vermək olmaz. Qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri yalnız qaz təsərrüfatı müəssisəsi tərəfindən həyata keçirilməlidir!

- Mənzildə adam olmayanda içəri daxil olarkən qazın sızmamasına tam əmin olmamış işığı yandırmaq, elektrik cihazlarını işə salmaq, siqaret çəkmək, açıq alovdan istifadə etmək olmaz!

- Qış mövsümü başlanmazdan əvvəl mütəxəssislər tərəfindən sobalara baxış keçirilməli, bütün sobaların tüstü bacaları təmizlənməlidir!

- Qaz cihazlarını işlək vəziyyətdə qoyub yatmaq, uşaqlara, xəstələrə etibar edib evdən çıxmaq olmaz!

- Qaz cihazlarına qazın nəql edilməsində rezin şlanqlardan istifadə olunması qəti qadağandır!

- Qaz kəmərlərindən və cihazlarından qazın sızmasını yoxlamaq üçün açıq alovdan istifadə etmək olmaz. Bundan ötrü yalnız sabun məhlulundan istifadə edilməlidir!

- Qaz cihazlarından istifadə edərkən pəncərənin nəfəsliyi açıq vəziyyətdə olmalıdır. Mənzili tərk edərkən qaz cihazları mütləq söndürülməli, qaz borularının ventilləri bağlanmalıdır!

- İşlək qaz cihazlarını nəzarətsiz qoymaq, sobaların həddindən artıq qızmasına yol vermək olmaz!

Rusiya vətəndaşlarını İŞİD-ə cəlb edən azərbaycanlıya 14 il həbs

Ясин Аскер-заде - 13 дней тому назад
Rusiya Cənub Hərbi Dairə Məhkəməsi Anar Məmmədovu (1987-ci ildə Gürcüstanda doğulub, Rusiyanın Stavropol vilayətinin Yessentukskaya kəndində yaşayıb) öz dostlarını İŞİD terror təşkilatına cəlb etməkdə və saxta sənədlər hazırlamaqda təqsirli bilərək, cəzasını ağır rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 14 il azadlıqdan məhrum edib.

Kommersant.ru xəbər verir ki, istintaqın qənaətinə görə, Anar Məmmədov İŞİD terror təşkilatının ideologiyasının davamçılarından olub. O, Çerkesk və Stavropol şəhərinin sakinlərini terrorçulara qoşulmağa çağırıb. Məhkəmə prosesində məlum olub ki, Anar Məmmədov İslam dinini qəbul edən və Çerkeskdə yaşayan rus dostunun yanına gələrək Suriyada müsəlmanların maraqları naminə döyüşən silahlılara kömək etməyini istəyib.

A.Məmmədov 2018-ci ilin may ayında Qaraçay-Çerkesiya respublikasının və Stavropol vilayətinin sərhədini tərk etmək istəyərkən yol polisi postunda saxlanılıb. Təqdim etdiyi pasport və Azərbaycan vətəndaşının sürücülük vəsiqəsi polisləri sənədlərin düzgünlüyü barədə şübhəyə salıb. Sonradan sənədlərin saxta olduğu ortaya çıxsa da, Anar Məmmədov Nalçik şəhərində, başqasının adından istifadə edərək, Rusiyada müvəqqəti yaşayış icazəsi alıb və bank hesabı açıb.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения